Elektrikli avtomobillərlə bağlı ciddi qərar – Artıq bu Avropada məcburidir

Son illərdə avtomobil dünyası elektrik mühərrikli nəqliyyat vasitələrinə üz tutur. Bir çox avtomobil nəhəngləri orta və uzunmüddətli perspektivdə elektrik modelləri üçün planlarını yaradıblar.
Avtosfer.az xəbər verir ki, ətraf mühit məsələlərində sərt sanksiya qərarları alan Avropa Birliyi (Aİ) elektrikli avtomobillər üçün də yeni qərar qəbul edib.
Uzunmüddətli planlar quran Avropa indi diqqətini elektromobillərə yönəldib. Belə ki, Aİ Avropadan kənardan gələn elektrik avtomobillərinin akkumulyator pasportuna malik olmasını məcburi edib. Qayda 2027-ci ilin fevral ayından etibarən Avropa Birliyi ölkələrində satılan avtomobilləri əhatə edəcək.
Elektrikli avtomobillər istismar zamanı sıfır karbon emissiyası yaratsa da, akkumulyatorlar ekoloji tullantılar yaradır. Nəqliyyat vasitəsinin akkumulyator pasportuna malik elektrik avtomobili olması istehsaldan əvvəl xammalın mənbələri və mahiyyəti, tutum kimi istehsal sonrası detallar haqqında ətraflı məlumatı ortaya çıxaracaq.
Qeyd edək ki, son vaxtlar Avropa İttifaqı (Aİ) karbon emissiyaları və ətraf mühit tullantıları ilə bağlı çox sərt qaydalar qəbul edir. Bu qaydalar xüsusilə texnologiya və avtomobil şirkətlərinin əmək siyasətlərinə təsir göstərir.
Məhəbbət Tərlanoğlu
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT












