Elektromobil istehsalçıları bazarı necə manipulyasiya edir?

Bu gün çoxları bilir ki, təzə elektromobil orta təbəqə üçün əlçatan deyil. Bu təbəqədən olan insanlar elə ənənəvi avtomobillərə qane olurlar. Avtosfer.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən “Transport&Environment” təşkilatı (T&E) Avropa bazarının vəziyyətini araşdırıb. Məlum olub ki, 2015-ci ildıən bəri Avropada elektromobilin qiyməti 39% artdığı halda, Çində 53% ucuzlaşıb. Bu həm də Çin maşınlarının keyfiyyətinin artdığı bir şəraitdə baş verib.
Məlum olub ki, Avropa bazarında təklif edilən elektromobillərin əksəriyyəti D və E sinfinə məxsusdur. Bazardakı elektromobillərin cəmi 17%-i B sinfindəndir. Halbuki, benzin mühərriklərdə bu göstərici 37%-dir.
T&E bildirir ki, bahalı modellərin təqdim edilməsi elektromobillərin kütləviləşməsinə mane olmaqla yanaşı, insanların təsəvvüründə onun lüks məhsul olması fikrini formalaşdırır. Bu il Avropa bazarına ən çoxu 42 000 aşağı sinif eletromobil çıxarılması gözlənilir ki, bu da 10 milyon satış olan bazar üçün dəryada damladır.
Bir amil də nəzərə alınmalıdır ki, avropalıların çoxu avtomobilə 50 min avro və daha çox pul verməkdə maraqlı deyillər.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












