Elektromobilin yanması: reallıq, yoxsa əfsanə?

Son aylarda istər saytlarda, istərsə də sosial şəbəkədə elektromobillərin tez yanması və çətin söndürülməsi barədə xəbərlərin sayı artıb.
Avtosfer.az xəbər verir ki, məsələni britaniyalı elm adamları araşdırıb. Məlum olub ki, məsələ bir qədər şişirdilib. Həm də elektromobillər hələ indi-indi kütləviləşdiyi üçün daha çox maraq doğurur. 2022-ci ilin iyunundan 2023-ün iyununadək Krallıqda 239 elektromobil yanıb. Halbuki, 2019-cu ildə 1898 benzin və dizel mühərrikli avtomobil yandığı halda, cəmi 54 elektromobil yanıb.
İsveç Fövqəladə Hallar Agentliyinin statistikasına görə daxili yanma mühərrikli avtomobildə alışma riski elektromobildən 19 dəfə çoxdur. Yanğınların artması isə elektromobillərin ümumi sayının artması ilə izah edilməlidir.
O ki qaldı yanğının səbəblərinə, agentliyin ekspertlərinin fikrincə, ilk yerdə keyfiyyətsiz doldurma avadanlıqları gəlir. Elektromobildə hətta telefon doldurmaq üçün də saxta kabeldən istifadə etmək, təmir işini qeyri-peşəkara həvalə etmək ağır fəsadlar doğura bilər.
Növbəti yerdə isə qəzalar gəlir. Ciddi zərbə almış elektromobillərdə batareya yeri zədələndikdə yanma riski artır. Düzgün istismar edilən və peşəkar texniki qulluq görən elektromobildə yanğın nadir hallarda baş verə bilər.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












