Elektromobillər: Təhlükəsizlik hansı səviyyədədir?

Avropada avtomobillərin sınaqlarını keçirən qurum Euro NCAP elektrik mühərrikli krossoverlərlə bağlı narahatlığını bildirib.
Avtosfer.az xəbər verir ki, qurum bazara yeni daxil olmuş 11 krossoveri (SUV) test edib. Söhbət Volkswagen ID.7, BMW i5, Mercedes EQE SUV, BYD Tang, Kia EV9, XPeng G9, Smart #3, BYD Seal, VinFast VF8, Honda ZR-V və Hyundai Kona modellərindən gedir.
Kraş test zamanı son 3 model 4, digərləri isə 5 bal toplayıb. Bu da deməyə əsas verir ki, hər bir model sürücü və sərnişinlər üçün təhlükəsizdir. Bəs piyadalar necə?
Testlər göstərir ki, elektrikli krossoverlər piyada və velosipedçilər üçün daha ciddi risk mənbəyidir və səbəbdə məlumdur. Bu modellərin demək olar hamısının kütləsi 2 tondan çoxdur. Qəza zamanı isə 1 fiziki qanun işləyir: kütlə nə qədər böyük olsa, zərbə gücü də o qədər yüksək olur.
Avtomobil istehsalçıları iddia edirlər ki, avtomovbilin təhlükəsiz olması üçün böyüklük vacibdir. Euro NCAP bu iddianı əsassız hesab edərək bildirir ki, istehsalçılar sadəcə olaraq müştərilərin iri maşın arzusunun arxasınca qaçırlar.
Vüqar
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?












