Elektromobillər ucuzlaşacaq – SƏBƏB

Hazırda elektromobil bir çox insan üçün əlçatan deyil. Bu baxımdan Azərbaycanla hansısa Avropa ölkəsindəki vəziyyət çox da fərqlənmir. Vergi və digər güzəştlər belə, bu texnikanın qiymətini aşağı salmağa kafi gəlməyib. Bəs səbəb nədir?
Avtosfer.az-ın xəbərinə görə, bahalığın başlıca səbəbi xammalın qiymətinin yüksək olmasıdır. Lakin vəziyyət yaxşıya doğru dəyişir. Bunun da səbəbi batareya istehsalı üçün vacib olan litiumun ucuzlaşmasıdır.
Son aylarda Çində yeni litium yataqlarının istismara verilməsi bu metalın 3 dəfə ucuzlaşması ilə nəticələnib. əgər 2022-ci ilin sentyabrında litiumun 1 tonu 600 000 yuan (140 AZN) idisə, bu həftə qiymət 200 minə (47 AZN) enib. Son nəticədə elektromobilin maya dəyəri azalıb.
Eyni zamanda ABŞ-də də ehtiyatları milyon tonlarla ölçülən yeni yataqlar kəşf olunub. Buna görə də, avtomobil ekspertləri gələn ildən etibarən elektromobillərin ucuzlaşacağı qənaətindədirlər.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












