Elektromobillərin qısa vaxta kütləviləşməsi hansı fəsadları doğura bilər? - Yaxşı və pis TƏRƏFLƏR

Müəyyən ləngimələr olsa da, elektromobillər bazarda özünə yer tapa bilib. Lakin bir neçə ölkəni çıxmaq şərti ilə hələ ki, qlobal miqyasda kütləvilikdən söhbət getmir. Bəs bu kütləviləşmə çox qısa müddətdə baş versə nə olar?
Avtosfer.az xəbər verir ki, Transport&Environment (T&E) təşkilatı bu məsələ ilə bağlı araşdırma aparıb. Təşkilat hesab edir ki, elektromobillərin indiki kimi tədricən yayılması daha məntiqli və qanunauyğundur. Çünki bu texnikaya ilk növbədə innovasiyaya maraqlı insanlar həvəs göstərir və ciddi problem yaranmır.
Lakin elektromobil qısa müddətdə ümumun (geniş kütlənin) malı olarsa, o zaman vəziyyət dəyişəcək. Hələ ki, dünyanın heç bir ölkəsində on minlərlə elekltromobilə texniki xidmət göstərəcək servis şəbəkəsi mövcud deyil. Doldurma stansiyalarının qurulması da əksər ölkələrdə axsayır.
Ən əsası isə, insanların çoxunun bu texnika ilə bağlı təsəvvürləri yanlışdır. Bu da sürətli kütləviləşmə zamanı çox sayda qəzalara, yolda qalmalara və son nəticədə insanların elektromobildən üz döndərməsinə səbəb olacaq.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












