Ən etibarlı avtomobillərin reytinqi AÇIQLANDI

“J.D. Power” agentliyi 35-ci illik “Vehicle Dependability Study” avtomobillərin etibarlılıq reytinqini dərc edib.
Bir il əvvəl olduğu kimi, bu reytinqdə də birinci yeri “Lexus” (PP100 indeksi - 135), ikinci və üçüncü yerləri isə müvafiq olaraq, “Toyota” (147) və “Buick” (149) markaları tutub.
Qeyd olunur ki, avtomobillərin etibarlılığı azalıb, çünki indeksin orta göstəricisi il ərzində dörd bənd artaraq 190-a çatıb. Əksər avtomobil sahibləri stabil olaraq multimedia sistemlərindən şikayətləniblər. Həmçinin elektron köməkçilərdən gələn bildirişlərin sayının artması qıcıqlanmaya səbəb olub. Nəhayət, elektrik avtomobilləri, insanlar arasında geniş yayılmış düşüncənin əksinə olaraq, ən problemli olublar - onların PP100 göstəricisi benzin modelləri üçün 187-yə qarşı 256-dır. Üstəlik, şikayətlərin əksəriyyəti təkərlərin aşınmasının artması ilə bağlıdır. (oxu.az)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












