Ən güclü və etibarlı 10 avtomobil açıqlandı - FOTO

2022-ci il buraxılışlı "Chevrolet Corvette" ən güclü və etibarlı avtomobillər siyahısına başçılıq edir.
Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə "HotCars" portalı məlumat verib.
Məlumata görə, portalın ekspertləri müxtəlif analitik şirkətlərin, o cümlədən "J.D.Power" və "RepairPal"ın məlumatlarından istifadə etməklə, etibarlılıq, texniki xidmət, geri çağırma kampaniyaları və sahiblərin rəyləri ilə bağlı məlumatları təhlil ediblər. "J.D.Power" mütəxəssisləri "Chevrolet Corvette"in etibarlılığını 100 mümkün baldan 93 balla qiymətləndiriblər.
Etibarlılıq reytinqində ikinci yeri 100 baldan 88 bal ilə 2020-ci il buraxılışlı "Chevrolet Camaro" tutub. 2020-ci il modeli olan "Ford Mustang GT" avtomobili etibarlılıq reytinqində 100-dən 87 balla ilk üçlüyü tamamlayıb.
Daha sonra 2014-cü ilin "Hyundai Genesis Coupe", 2010-cu ilin "Mazda MX-5 Miata", 2016-cı ilin "Dodge Challenger", 2020-ci ilin "Subaru WRX", 2007-ci ilin "Porsche 911", 2008-ci ilin "Nissan 350Z" və 2024-cü ilin "Type S Acura" avtomobilləri gəlir.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR















