Ən nadir “BMW” superkarı 1 milyon dollara hərraca çıxarılacaq
Avtodünya
20 Fevral 2024 21:07

“BMW”nin ən nadir və məşhur modellərindən biri olan unikal gümüş çalarlı “M1” superkarı “Sotheby's Mayami” auksionunda satışa çıxarılacaq.
Avtosfer.az xəbər verir ki, hərrac martın 1-də başlayacaq.
Qeyd edək ki, bu modeldə cəmi 450 avtomobil yığılıb, onlardan yalnız 399-u ümumi yollarda istifadəyə icazə verilib. Qalanları yalnız nüfuzlu dözümlülük yarışları və “BMW Monokup” üçün nəzərdə tutulmuşdu.
Yol avtomobilləri arasında yalnız üçü zavoddan gümüşə boyanıb. Avtomobil həm də M Division tərəfindən hazırlanmış ilk modeldir.
Maşının ümumi yürüşü 17 min km-dən bir qədər çoxdur. Hələlik model üçün 750-950 min dollar qiymət təklif edilir.
Məhəbbət Tərlanoğlu
Oxunub : 1238
DİGƏR XƏBƏRLƏR
5 Noyabr 2026 18:00
"BMW" Çində kütləvi ixtisarlara gedir
4 Noyabr 2026 12:41
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
3 Noyabr 2026 09:30
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
30 Oktyabr 2026 18:12
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
30 Oktyabr 2026 15:44
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
30 Oktyabr 2026 12:30
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
28 Oktyabr 2026 15:41
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
28 Oktyabr 2026 10:23
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
26 Oktyabr 2026 20:00
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
26 Oktyabr 2026 17:16
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
ŞƏRH YAZ












