Reklam

Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - FOTO - VİDEO

Avtodünya 15 May 2024 10:00 Oxunub 5722
Ənənəvi “Prado” indi Land Cruiser 250  adı ilə daha aqressiv!  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əfsanə olaraq xatırlanmaq, yoxsa zamanla ayaqlaşmaq? Tamamilə yenilənmiş "Prado" yeni "Land Cruiser 250" modeli ilə öz əfsanəsini davam etdirir. Son dövrlərdə yolsuzluq avtomobillərinə qarşı artan marağı görən yapon mühəndislər verə biləcəkləri ən düzgün qərarı verdilər və öz irsinə sadiq qalan güclü "Land Cruiser" modelini təqdim etdi. 

Yeni "Land Cruiser 250" aqressiv görünüşü ilə ənənəvi, yeni dizayn elementləri ilə isə müasir ofrouder ruhunu özündə cəmləyir. Çətin şəraitlərdə inanılmaz dözümlülük göstərən, zədələnmələr zamanı rahatlıqla dəyişə bilən detallar avtomobilin etibarlı görünüşünün təməlində dayanır. Keyfiyyəti ifadə edən sadə, amma müasir dizayn isə avtomobilin professionallığının göstəricisidir. Funksional hissələr zədələnmələrdən qorunmaq üçün ön faralarla birlikdə yüksəkdə yerləşdirilmişdir. 

Ön mərkəzdə və arxadakı ənənəvi "Toyota" loqotipi avtomobilin məqsədli görünüşünü tamamlayır. Düzbucaqlı LED və dairəvi bi-LED faralar standart fara seçimləri arasındadır. Sürücünün yolu daha yaxşı görməsi üçün öndə olan kor nöqtələr azaldılıb. Yan güzgülər qapıya bərkidilib və yan şüşələr "Toyota BJ70" modelindəki kimi aşağı endirilib.
Yeni “Land Cruiser” fərqli komplektasiyalara uyğun olaraq 18 və 20 düymlük disklərlə təmin olunmuşdur. Alıcılara boz dam ilə tandem yaradan “Smoky Blue” və qum çaları da daxil olamqla müxtəlif rəng seçimləri təklif edilir. 
Geniş aksesuar seçimi sürücülərə öz avtomobillərini istədikləri kimi bəzəməyə və gücləndirməyə fürsət yaradır. 
Avtomobilin daxili dözümlülük, yüksək keyfiyyət hissi ötürən və yorğunluğu azaltmağa yönəlmiş tədbirlərlə zəngindir. Sükan arxasında oturduqda hiss edəcəyiniz ilk şey təhlükəsizlik və funksionallıqdır.
Sürücü kombimetri və multimedia ekranı rahat görünməsi üçün yüksəkdə yerləşdirilib. Sürətli və intuitiv istifadə üçün sürüş idarə panelləri əlinizin altındadır. Rəqəmsal multimedia displeyi bütün işıqlandırma şəraitində rahatlıqla oxunacaq formada, yüksək qrafik keyfiyyətlə hazırlanmışdır və komplektasiyadan asılı olaraq 9 və 12,3 düym seçimləri var.
"Multi-Terrain Select" kimi sistemləri idarə etmək üçün istifadə edilən seçimlər və düymələrin dizaynı haqqında peşəkar ralli sürücüləri ilə müzakirə olunub və sürücünün onlara baxmadan rahat formada istifadə edə bilməsi üçün standartlaşdırılıb.
Yeni "Land Cruiser" həm beş, həm də yeddi yerlik interyer təklif edir. Ön oturacaqlar yolsuzluq şəraitində dəstəkləyici qurğularla təmin olunmuşdur və qurğuların fərqli güc tənzimləmələri var.
Ümumilikdə avtomobilin daxili ən çətin yollarda belə təhlükəsiz, gündəlik sürüşlərdə belə olduqca rahat hiss etdirəcək dizayna və daim fərahlıq hiss ötürəcək genişliyə sahibdir.
Azərbaycanda Land Cruiser 250, 3 fərqli mühərriklə təqdim olunacaqdır. Bunlardan birincisi 204 at gücünə sahib olan 8 pillə transmissiyalı yenilənmiş 2.8 litrlik dizel mühərrik, ikincisi 163 at gücünə sahib olan 6 pillə transmissiyalı 2.7 litrlik benzin mühərrik və sonda tamamilə yeni 279 at gücünə sahib olan 8 pillə transmissiyalı 2.4 litrlik turbo benzin mühərrikdir.
Yeni model rahatlıq və təhlükəsizliklə bağlı yeniliklərlə yanaşı güclü performansında da irəliləyişlərə sahibdir. 2.8 litr turbo-dizel mühərrik, sürüş qabiliyyətinin və səmərəliliyin artırılması üçün yenidən işlənilib.  Avtomobil artıq 8 mərhələli Avtomat sürətlər qutusuna sahibdir. 500 Nm-ə qədər tork yarada bilən mühərrik 3.500 kq-dək yük daşıma gücünə sahibdir. 
Mühərrikin inkişafı zamanı əsas prioritet həm yolda, həm də yolsuzluq şəraitində sürətlənmənin idarə olunması idi. Mühəndislərin əsas məqsədi sürüş hissinin mexaniki sürətlər qutusundakı kimi birbaşa ötürülməsi idi.
Yeni transmissiya performansı və yanacaq qənaətini artırmaq üçün nəzərdə tutulmuşdur, səssiz performans təklif edir və səkkiz pilləlidir.
Yeni modelin ən böyük üstünlüyü onun yolsuzluq şəraitində göstərdiyi performansıdır. Bu isə onun bu sahədə olan innovativ yenilikləri ilə əlaqəlidir. 
"Crawl Control" yolsuzluq şəraitində, enişlu yollarda sürəti stabil saxlamaq üçün istifadə olunur. O, mühərrikin torkunu və əyləcin təzyiqini idarə edərək sürətli enişlərin və ani durmaların qarşısını alır. Beləcə sürücünün bütün diqqəti sükanın idarəsinə yönəlir. 
Crawl Control L4 rejimində işləyir. Sürücü konsoldan müxtəlif şəraitlərə uyğun 5 sürət seçimindən birini seçə bilər.
Yeni “Land Cruiser” yolsuzluq performansını artırmaq və standart yollarda daha rahat sürmək kimi ikili üstünlüklərə malik Stabilizatorun Ayırma Mexanizmindən (SDM) istifadə edən ilk “Toyota” modelidir.
Fərqli şəraitlər fərqli sürüş senariləri tələb edir. Yenilənmiş model bu senarilərin öhdəsindən layiqincə gəlmək üçün "Multi-Terrain Select" sistemi ilə təchiz olunmuşdur. Sistem sükanı, hərəkət qüvvəsini və hidravlik əyləc sistemini avtomatik olaraq tənzimləyərək hər şəraitə uyğunluq göstərə bilir. Beləcə avtomobil palçıqlı, qumlu daşlı və ya adi yolları ayırmadan hər dəfəsində ideal sürüş təcrübəsi verir.

Bütün funksiyalar bir-biri ilə harmoniya içindədir. Məsələn, avtomobil “Panoramic View Monitor” sayəsində ətrafı geniş formada görməyə “MTS” sayəsində isə ətrafda olan maneələri gücləndirilmiş manevr bacarığı ilə aşmağa imkan yaradır.
Bütün texniki göstəricilərini, yeniliklərini nəzərə alaraq demək olar ki, avtomobil gündəlik, ən adi sürüşlərdən tutmuş keçilməsi mümkünsüz görünən ən çətin şəraitlərə qədər hər işin öhdəsindən gəlmək üçün hazırlanmış əsl yapon mühəndisliyi nümunəsidir. 
Şotlandiyanın Ballater qəsəbəsinin nəfəs kəsən mənzərələri arasında təqdim olunan Yeni nəsil Toyota Land Cruiser 250 haqqında ətraflı məlumatı Toyota Qafqaz şirkətinin Azərbaycan üzrə nümayəndəsi Sabir Kazımzadənin video təqdimatından əldə edə bilərsiniz. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh