Ermənilər Rusiya büdcəsinə milyonlarla ziyan vurur - Avtomobil idxalına nəzarət sərtləşəcək

Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən avtomobil idxalına nəzarəti sərtləşdirmək istəyir.
Avtosfer.az xəbər verir ki, sxem belə işləyir: Avtomobil gömrük rüsumu az olan ölkədə alınaraq sənədləşdirilir, sonra rüsum böyük olan ölkəyə (başlıca olaraq Rusiyaya) aparılıb istismar edilir.
İqtisadi sanksiyalara görə son 2 ildə çox işə göz yuman Moskva indi dəyişiklik etmək istəyir. Hökumət başqa ölkələrdə rəsmiləşdirilən avtomobillərə görə böyük miqdarda gömrük daxilolmalarından məhrum olmaq istəmir.
Son statistikaya görə avtomobil alverçilərinin və firmaların Rusiyaya işlənmiş avtomobil gətirməsində ilk yeri 18,8%-lə Ermənistan tutur. Başqa sözlə, Rusiyaya daşınan hər 5 avtomobildən biri Ermənistanda rəsmiləşdirilir. Söhbətin yüz minlərlə avtomobildən getdiyini nəzərə alsaq, bu yolla Federasiya büdcəsinə milyonlarla dollar ziyan vurulduğunu görmək üçün iqtisadçı olmağa gərək yoxdur. Gətirilən maşınların 70%-dən çoxu digər ölkələrdə güzəştli şərtlərlə gömrükdən keçirilib.
İndi vəziyyət dəyişir. Böyük ehtimalla yaxın gələcəkdə bu cür avtomobil sahibləri aldıqları avtomobilin gömrük fərqini ödəmək üçün vergi orqanlarına çağırılacaqlar.
Vüqar
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA










