Əsasını azərbaycanlı sürücülərin qoyduğu ənənə

Bayram günlərində bir mikroavtobusun radara yaxınlaşarkən qəza işıqlarını yandıraraq digər sürücüləri xəbərdar etməsinə dair video hamıya məlumdur. Sosial şəbəkə bu şəxsi qəhrəmanlaşdırdı. Bəs bu sürücü ilk və təkdirmi? Tarixə nəzər salaq.
1970-ci ildə keçmiş SSRİ-də Jiqulilərin kütləviləşməsi ilə sürət həvəskarlarının da sayı artır. Təbii ki, sovet milisi də buna biganə qala bilməzdi. Yollarda DAM (Dövlət Avtomobil Müfəttişliyi, danışıqda QAİ) avtomobillərinin və səyyar radarların sayı artır.
Azərbaycan SSR-də sürücülər çıxış yolu tapırlar. Məlum olmayan bir sürücü digərlərini işıq siqnalı ilə yoldakı sarı rəngli milis avtomobili ilə bağlı xəbərdar edir. Bu əməl tezliklə sovet Azərbaycanında ənənəyə çevrilir. Əlbəttə ki, məsələ DİN rəhbərliyinə xoş getmir.
Azərbaycan SSR DİN-də işləyən bir polkovnik (rus mənbələrinə görə) bu antipodların (sovet cəmiyyətinin düşməni – müəl.) əməlini tənqid etmək üçün “Pravda” qəzetinə böyük bir məqalə göndərir. Lakin nəticə tam əksinə olur.
Qəzet yayıldıqdan bir gün sonra bütün sovet məkanında sürücülər bir-birini bu yolla QAİ barədə xəbərdar etməyə başladılar. SSRİ 30 ildir mövcud olmasa da, ənənə bütün postsovet məkanında davam edir. Sadəcə olaraq məkan, zaman və ən əsası avtomobillər fərqlidir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












