Əvvəl yer al, sonra maşın - Yaponiyada parkinqlə bağlı maraqlı tələb - FOTOLAR

Avtomobillərin parklanma yerləri getdikcə daha ciddi problemə çevrilir. Lakin bunu biznesə də çevirmək mümkündür.
Avtosfer.az xəbər verir ki, Yaponiyada da parklama aktual məsələlərdəndir. Burada parkinqlər yeraltı, yerüstü, bələdiyyəyə aid və ya fərdi ola bilər. Ölkədə əhali və avtomobil çox, yer isə az olduğu üçün parklanma ciddi gəlir mənbəyidir.
Böyük şəhərlərdə avtomobil sahibi olan ilk növbədə yaşadığı yerin ətrafında parklanma yeri icarəyə götürməlidir. Bu da ayda təxminən 200 manata başa gəlir. Restoran, market və əyləncə mərkəzlərində parklama ən yaxşı halda 20 dəqiqə pulsuz ola bilər.
Muzey, teatr və xəstəxanaların parkinqləri pulsuz olsa da, bundan sui-istifadə etmək qəbul olunmur. Bilərəkdən qadağan olunmuş yerdə maşın saxlayanı isə təxminən 400 manat cərimə gözləyir.
Ən əhəmiyyətli məqam ictimai nəqliyyatla bağlıdır. Bu nəqliyyatla istənilən yerə vaxtında getmək mümkün olduğu üçün insanlar avtomobildən addımbaşı istifadə etmirlər. Buna görə də parkinqllərdə əksər hallarda boş yer tapmaq mümkün olur.
Vüqar
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
















