Feysbukda bir fotoya görə avtomobil də getdi, azadlıq da

Sosial şəbəkədə lovğalıq etmək bəzən çox baha başa gəlir.
Avtosfer.az xəbər verir ki, İsveçrə polisi qayda pozan sürücünü məhz Feysbuk sayəsində tapıb. Belə ki, 100 km/saat limit olan yolda 248 km/saat sürətlə radara düşən avtomobili video keyfiyyəsiz olduğu üçün müəyyən etmək mümkün olmayıb. Hadisədən bir neçə gün sonra sürücü özü fəxrlə spidometrin fotosunu paylaşıb və təəssüflə bildirib ki, 250 km/saat sürətlə getdiyi anın şəklini çəkə bilməyib.
Polisə dəvət olunan 26 yaşlı sürücü xətasını etiraf edib. Buna görə onun sürücülük vəsiqəsi alınıb, avtomobil isə dayanacağa yerləşdirilib.
Qeyd edək ki, İsveçrədə sürət həddini bu cür böyük həcmdə aşmaq cinayət hesab edilir və işə məhkəmə baxır. İndi 26 yaşlı gənci 4 ilədək həbs gözləyir. Sürücülük vəsiqəsini isə azı 2 il sonra, psixoloji testdən keçərək yenidən imtahan verməklə bərpa edə bilər.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












