Reklam

"Ford" şirkəti E-Transit Custom elektrik furqonunu nümayiş etdirib

Avtodünya 10 May 2022 16:49 Oxunub 1076
"Ford" şirkəti E-Transit Custom elektrik furqonunu nümayiş etdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Mavi Ovalın” 2021-ci ildə təsis etdiyi ixtisaslaşdırılmış Ford Pro kommersiya bölməsi özünün ikinci elektrik modelini – çoxdan maraqla gözlənilən elektrikli E-Transit Custom furqonunu təqdim edib. Avropada ən çox satılan kommersiya avtomobili olan Ford Transit Custom modeli Ford Otosan şirkətinin Kocaelidəki (Türkiyə) zavodunda buraxılacaqdır. Avropa bazarına ünvanlanmış Ford E-Transit Custom modeli “Mavi Oval” üçün xüsusi strateji əhəmiyyətə malikdir.

Elektrik furqonu daxili yanma mühərrikli Transit Custom modelindən dəyişdirilmiş ön tərəfi ilə seçilir: belə ki, E-Transit Custom modeli parlaq radiator barmaqlığına və yenidən işlənilmiş ön fənərlərə sahib olub. Ön bamperin sağ tərəfində yükləmə qurğusunun giriş nöqtəsi, radiator barmaqlığının sol tərəfində isə, furqonun elektrik dartması ilə hərəkətə gəldiyini işarə edən “E” hərfi var. Ön fənərlərin yeni qrafikası arxa işıq texnikasında da öz əksini tapıb, buradakı “E Transit” və Custom” yazıları tündləşdiriliblər.

Ford şirkəti elektrik furqonunun texniki xarakteristikalarını açıqlamayıb, lakin E-Transit Custom modelinin dolu batareya ilə elektrik yükləmədən 380 kilometr məsafə qət edəcəyini bildirib. Bu məsafənin son göstərici olmadığını da nəzərə almaq gərəkdir – bu, şirkətin WLTP dövrünə əsaslanan qiymətləndirməsidir. Üstəlik, yeni elektrik furqonun böyük E-Transit  modelinin 66 kilovat-saatlıq batareyasını istifadə edib-etməyəcəyi də məlum deyil. Ford E-Transit Custom modelinin daimi cərəyanlı terminaldan yeyin yükləməni dəstəklədiyini bilirik. Xatırladaq ki, böyük Ford E-Transit modeli 115 kilovatlıq yükləməni dəstəkləyir.

Daha ətraflı məlumat sentyabr ayında dərc edilməlidir, lakin “Autocar” nəşrinin bildirdiyinə görə, Ford Pro bölməsi E-Transit Custom modelini E-Transit furqonundan tanış olan 181 və 265 at qüvvəli elektrik mühərrikləri ilə təchiz etməyi planlaşdırır. Hər iki mühərrik də arxa oxda quraşıdırılır və 431 Nm fırlanma anı hasil edir. Bu isə, elektrik furqonunun 100 km/saata yeddi saniyəyə sürətlənəcəyindən və onun maksimal sürətinin137 km/saat olacağından xəbər verir.

Eyni zamanda, “Autocar” nəşri E-Transit Custom modelinin 12-düymlük ekranı olan SYNC 4 məlumat-əyləncə kompleksini alacaq növbəti Ford modeli olacağını da bildirib. Akkumulyator batareyasından 2,3 kilovat gücündə olan xarici enerji istehlakçılarını da qidalandırmaq imkanı da olacaqdır.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, Ford E-Transit Custom modeli Türkiyədəki Ford Otosan zavodunda buraxılacaqdır. Furqonun istehsalına 2023-cü ildə başlanmalıdır. O. Burada növbəti nəsil Volkswagen Transporter modelinin elektrik versiyası ilə birlikdə istehsal ediləcəkdir. E-Tranbsit Custom Ford Pro modelinin 2024-cü ildə Avropada satışa çıxacaq beş elektrik avtomobilindən ikincisi olmalıdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh