“Ford”a böyük cərimə - Bu səbəbdən

Son zamanlar ABŞ tarixində ən mühüm gömrük işlərindən biri baş verir. Məlum olduğu kimi, Amerikanın “Ford” brendi Türkiyədə “Otosan” ilə birlikdə kommersiya avtomobillərinin əksəriyyətini istehsal edir.
Avtosfer.az xəbər verir ki, şirkət bu markanın ABŞ bazarına gətirdiyi kommersiya avtomobillərində dələduzluq aşkar edib və “Ford” markasına külli miqdarda cərimə kəsilib.
Belə ki, “Ford” brendi uzun illərdir ki, “Otosan” şirkəti ilə əməkdaşlıq edir. Markanın kommersiya avtomobil çeşidindəki bir çox məhsulları Türkiyədə dizayn və istehsal olunur. “Electric E-Transit”, “F-Max”, “Courier” kimi modellər Türkiyədə dizayn və istehsal olunub.
“Ford” ABŞ-ın kommersiya avtomobil bazarı üçün 3.2 və 3.5 mühərrik versiyalarını da Türkiyədə istehsal edib və idxal edir. Lakin markanın 2009-2013-cü illər arasında Türkiyədən gətirdiyi yük vaqonlarında ciddi problemlər var.
İddialara görə, marka müvəqqəti olaraq bu avtomobillərin arxasına sərnişin oturacaqları əlavə edib. Bu oturacaqlar sayəsində avtomobillər 25 faiz əvəzinə 2,5 faiz vergi bəndinə düşür. Bu, avtomobillərin qiymətlərini çox aşağı səviyyədə saxlamağa kömək edir.
Lakin ABŞ Ədliyyə Nazirliyi bu yolla ölkəyə 163 min “Transit Connect” avtomobilinin daxil olduğunu və bu vasitələrin arxa oturacaqlarının daha sonra sökülərək yüngül ticari modellərə çevrildiyini müəyyən edib. Məsələ ilə bağlı ABŞ ödənilməmiş vergilərə görə 184 milyon dollar cərimə kəsib. Bundan əlavə, qanun pozuntularına görə daha 181 milyon dollar cərimə kəsilib. Ümumilikdə Ford 365 milyon dollar cərimə ödəyəcək.
Məhəbbət Tərlanoğlu
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










