Fransa vətəndaşlarını öldürən erməni sürücünün işi ilə bağlı yenilik

Yanvarın 23-də etiraz aksiyasına çıxan fermer qadını və qızını öldürən Ermənistan vətəndaşının işində dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, ertəsi gün baş tutan məhkəmə prosesində sürücü ilə yanaşı 2 sərnişin (onlar da Ermənistan vətəndaşıdır) barədə də həbs qətimkan tədbiri seçilmişdi. Onların bu yolla Fransadan deportasiya edilməsi təmin olunmalı idi.
Lakin bu günlərdə qərar dəyişib. Ermənistan vətəndaşlarının appelyasiya şikayəti təmin edilib. Yeni qərarla hər 2 şəxs heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. Lakin bələdiyyə onlara Fransa ərazisini könüllü tərk etmək üçün 1 ay vaxt verib. Bu müddət ərzində onlar könüllü şəkildə Ermənistana qayıtmasalar hüquqi prosedur başlayacaq. Məhkəmənin qənaətinə görə, 2 erməninin deportasiya edilməsi məhkəmə prosesinə mane olmur.
Sürücüyə gəlincə, onun barədə həbs qətimkan tədbiri dəyişdirilməyib. Ona qarşı ehtiyatsızlıqdan adamöldürmə və nəqliyyat vasitəsini sığortasız idarə etmə ittihamları irəli sürülüb.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












