Fransada bitməyən fermer etirazları və ya traktor paradı - VİDEO

Fransada hökumətin aqrar siyasətindən narazı olan fermerler növbəti aksiya keçiriblər.
Avtosfer.az xəbər verir ki, etirazçılar bu dəfə Tuluza şəhərindən kommunalara gedən yolları bağlayıblar. Aksiya nəticəsində yollarda böyük tıxaclar yaranıb.
Bununla kifayətlənməyən fermerlər alman həmkarları kimi qarşıdakı həftələrdə ölkəmiqyaslı nümayişlər təşkil etməyi nəzərdən keçirirlər. Fransanın ən böyük fermerlər ittifaqı yaxın vaxtlarda bununla bağlı yekun qərarını verəcək.
Bir neçə gün əvvəl yüzlərlə traktorla yürüş edərək yollarda uzun tıxaclar yaradan narazı fermerlər külli miqdarda saman, peyin və çürüməkdə olan məhsulları Tuluza meriyasının qarşısına boşaldaraq üzləşdikləri çətinliklərə diqqət çəkmişdilər. Onlar istehsal xərclərinin artması və subsidiyaların kəsilməsindən şikayətlənir, yanacağa görə verginin azaldılmasına, o cümlədən ekoloji tələblərin yumşaldılmasına çağırırlar.
Oxşar aksiyalar ölkənin digər regionlarda da baş tutub. Aksiyalardan supermarketlər də əziyyət çəkir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












