Gələcəkdə dünyanın ən müasir TIR-ları belə olacaq - VİDEO

Ağır tonnajlı yük maşınları və ya hamının TIR kimi qəbul etdiyi nəqliyyat vasitələri. Ölçüləri diqqət çəkər və bəzən yollarda onları görəndə həyəcan da yaşadır.
Bu maşınlar da texnoloji yeniliklərdən kənar qalmır. Mühəndislər sağ olsun. Əvvəlkilərindən fərqli dizayn, daha təhlükəsiz və sürməsi daha rahat...
Hətta yaxın gələcəkdə elə yük maşınları istehsal ediləcək ki, mən də TİR sürücüsü olacam düşüncəsinə qapılacaqsınız...
Bu zarafat deyil, gerçəkdir. Və gələcəyin texnologiyası bu maşınlardan da yan keçməyəcək. Gələcəyin TİR-larını sizə təqdim edirik.
Mersedes benz Future Truck – yaxın keçmişdə alman istehsalçısı tərəfindən təqdim edilən bu model 2025-ci ildə satışa çıxarılacaq. Onu sinifindəkilərdən fərqli edən isə, tamamilə avtomatlaşıdırılmış sürüş sistemidir. Bununla da yanacaq sərfiyyəti xeyli azalacaq. Sürücülərin komfortu isə ən yüksək səviyyədədir. 45 dərəcə dönə bilən oturacaq, sürücüyə avtopilot rejimində rahatlıq təmin edir. Yük maşının dartıcı hissəsinin önü adi lampalarla deyil, tam led panellə təhcid edilib. Bu led panellər maşın avtomatik pilot sistemində işləyəndə mavi rəngə, sürücünün idarəetməsində isə ağı rəngə keçid edir.
TESLA – SEMİ Truck – Dünyanın ilk elektrikli TİR-i kimi də qəbul edilir. 2017-ci ildə prototipi təqdim edilən bu maşının yaxın illərdə istehsal ediləcəyi gözlənilir. Bu maşın inkifaş edirilən avtopilot sisteminə malikdir. Bu sistem sayəsində SEMİ TRAK, bütün sürüş prosesinə özü nəzarət edə bilir. Zolaqlara görə hərəkət, ara məsafəsi, sürət rejimi və s. Sürücü oturacağını kabinin ortasında olması, iki manitor və kameralarla təhcizat kor nöqtələr problemini də həll edib. 4 elektikli motora sahib TESLA SEMİ Truck, 40 dəqiqəlik dolumla, 800 km məsafə qət edə bilir.Bu xüsusiyyətləri ilə o yükdaşıma xərclərini 25 faizə kimi azalda bilir.
Növbədə SAMSUNG TİR- Koreya texnologiya nəhənginin bu yük maşını modeli, digər nəqliyyat vasitələri sahiblərinin tam ürəyincə olacaq. Koreya texnoloqları maşının ön hissəsinə quraşdırdıqları kameranı qoşqunun arxasındakı monitora inteqrasiya etdirərək, TİR-in qarşısında yolun vəziyyətini gösrətməyə çalışıblar. Bununla da arxadan gələn avtomobillər rahatlıqla həm manevr edə, ötmə gerçəkləşdirə, həm də təhlükəsizliklərini təmin edə bilərlər.
Növbə çatdı İVEKO Z Truck-a – İtalyan istehsaçısı bu çəkiçi ilə ekologiyanı tam qorumağı hədəfləyir. Otonom sürüş özəlliyi ilə seçilən model, 2200 km-ə qədər məsafə qət edə bilir. Atmosferə karbon-dioksit buraxmayan avtomobil aerodinamik və istilik sisteminə malikdir. İstehsalçı şirkət bu konspetin qəza risklərini 0 kimi azaltmaq imkanı verən texnoloji yeniliklərlə də təhciz ediləcəyini deyir.
Ruslan Eldaroğlu
ABADA
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək













