Hansı günlər maqnit qasırğası olacaq?

Növbəti iki gün ərzində, iyunun 12-də və 13-də Yer kürəsində geomaqnit şəraitinin pisləşməsi gözlənilir. Buna səbəb artıq bir neçə gündür mütəxəssislərin müşahidəsi altında olan Günəşdəki koronal dəliyin təsiridir. Avtosfer.az Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib. Vəziyyəti iyunun 11-də səhər baş vermiş uzunmüddətli günəş partlayışı ilə əlaqəli zəif plazma atılması ağırlaşdıra bilər. İlkin hesablamalara görə, yüklü hissəciklər axını iyunun 13-də Yerə çatacaq.
Ayrı-ayrılıqda hər iki hadisə əhəmiyyətsiz görünür: koronal dəlik orta ölçülərə malikdir, plazma atılması isə zəif kimi qiymətləndirilir. Lakin onların birlikdə təsiri G1 səviyyəli maqnit qasırğası yarada bilər ki, bu da beynəlxalq şkala üzrə minimal olsa da, Yerin maqnit sahəsində nəzərəçarpacaq dalğalanmalar üçün yetərlidir.
Eyni zamanda, alimlər qeyd edirlər ki, iyun ayı ümumilikdə nisbətən sakit keçir. Ayın ilk on günündə yalnız iki gün yüksək geomaqnit aktivliyi ilə xarakterizə olunub, qalan günlər isə əlverişli olaraq qalıb. Mütəxəssislər vurğulayırlar ki, mövcud vəziyyət ümumi mənzərəni dəyişmir: Günəşdə aşağı aktivlik vəziyyətini saxlayır, yaxın zamanda genişmiqyaslı geomaqnit dalğalanmalarının əlamətləri isə yoxdur.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












