“HAVAL” avtomobilləri üçün ehtiyat hissələri tapılırmı? – Anbardan görüntülər - VİDEO

Sürücülər Çin istehsalı olan avtomobillərin ehtiyat hissələrinin tapılmasında çətinlik yaşadıqlarını qeyd edirlər. Bəzən aylarla sifariş əsasında adi bir hissənin gəlməsini gözlədiklərini qeyd edənlərin iddialarına Avtosfer.az aydınlıq gətirib. Məşhur Çin brendi olan “Haval” avtomobilləri ilə bağlı mövcud durumu öyrənmək üçün şirkətin Babək prospektində yerləşən mərkəzinə baş çəkdik.
“Haval Azərbaycan”nın texniki məsələlər üzrə nəzarətçisi Əli Məhərrəmov Avtosfer.az-a bildirib ki, şirkətin müştəriləri ehtiyat hissələri ilə bağlı heç bir problem yaşamır. “Haval” gətirilən bütün avtomobillərin ehtiyyat hissələrini maşın satışa çıxarılmadan öncə anbarlara yerləşdirir, daha sonra satış həyata keçirilir. Həmçinin stokda olan hissə bitməmiş yeniləri sifariş verilir.
Çəkiliş qrupumuz şirkətin ehtiyat hissələri olan anbarında da baş çəkdi. Geniş anbarda bütün modellər üçün ehtiyat hissələrinin mövcud olduğunu müşahidə etdik. Həmçinin, bu hissələrin xüsusi qaydada saxlandığı da diqqətdən qaçmadı.
Bir sözlə “Haval” sürücüləri rahat şəkildə istənilən hissəni servis mərkəzindən əldə edə bilirlər. Videonu təqdim edirik:
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO










