Hibridə maraq artır, elektromobilə azalır – SƏBƏBLƏR

Avropada benzin və dizel mühərrikli avtomobillərin satışı azalsa da, elektromobil satışı yerində sayır. Halbuki, siyasi dairələr məhz elektromobil satışının artımında maraqlıdır. Bəs nə üçün elektromobil satışı ləng gedir? Avropalılar nə üçün hibridə maraq göstərirlər? Bu gedişlə Avropa Komissiyası 2025-ci və 2035-ci il hədəflərinə nail ola biləcəkmi?
Avtosfer.az xəbər verir ki, yanvarda Avropada hibrid avtomobillərin satışı benzin avtomobillərin satışını üstələyib. Faktı Avropa Avtomobil Konstruktorları Assosiasiyası yayıb.
Hesabat dövründə hibrid modellərin satışı ümumi təzə avtomobil satışının 35 faizini təşkil edib. Bu da illik əsasda 18,4 faiz artım deməkdir. Benzin mühərrikli avtomobillərin satışı yanvarda 18,9 faiz azalaraq ümumi bazarın 29,4 faizini təşkil edib. Vaxtilə avropalıların sevimlisi olan dizel avtomobillərin bazar payı isə cəmi 10 faiz olub. Bu da illik əsasda 27 faiz geriləmə deməkdir. Ən ciddi geriləmə avtomobil sənayesinin vətəni hesab edilən Almaniya və Fransada qeydə alınıb. Sentyabrdan indiyədək ilk dəfə olaraq hibrid modellər bütün digər modelləri üstələyib.

Elektromobil satışında il ərzində ciddi artım baş versə də, onların bazar payı hələ ki azdır – cəmi 15 faiz. Statistikaya görə, il ərzində elektromobil satışı Avropa üzrə 34 faiz, İtaliya və Almaniyada isə 126 faiz artıb. Bununla belə, Avropa Komissiyasının elektromobillə bağlı hədəfinə çatacağı real görünmür. Hədəf isə 2025-ci ildə 25 faiz, 2035-ci ildə isə 100 faizlik bazar payıdır. Hibrid modellərə marağın artmasına səbəb onların benzin modellərlər müqayisədə daha qənaətcil, elektromobillərlə müqayisədə isə ucuz olmasıdır.
Avropada elektromobil satışında lider olan Teslanın da satışları yarıbayarı azalıb. Bunun başlıca səbəbi İlon Maskın Avropa siyasətinə ifrat müdaxiləsidir.
Hesabat dövründə Avropa bazarında ümumi satış həcminə görə “Volkswagen” konserni, hibrid modellərin satışına görə isə Toyota liderlik edib.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












