“Honda” 1,1 milyon avtomobili geri çağırır

"Honda" yanacaq nasosunun nasazlığı ilə bağlı 1,1 milyon avtomobili geri çağırır.
Yaponiya korporasiyası daxili bazar üçün 2017-ci ilin iyunundan 2020-ci ilin sentyabrına qədər buraxılmış 25 modelin risk altında olduğunu təsdiqləyib.
Belə ki, bütün avtomobillər qüsurlu "Denso" yanacaq nasosu ilə təchiz edilib. Qüsurun səbəbi kimi isə nasosda istifadə edilən polimerin keyfiyyəti əsas göstərilib. Nasosda aşağı keyfiyyətli polimerdən istifadə edildiyi üçün benzin təchizatı məhdudlaşdırıla, bu da mühərrikin dayanmasına səbəb ola bilər. "Denso" rəhbəri artıq tərəfdaşlardan və müştərilərdən üzr istəyib.
"Honda" isə bildirib ki, yanacaq nasosunun nasazlığı ABŞ-dən Yaponiyaya gətirilən 204 NSX idman avtomobili də daxil olmaqla 1 milyon 138 min 46 avtomobilə təsir edib.
Şirkət daxili bazar üçün nəzərdə tutulan demək olar ki, bütün minik avtomobillərinin, o cümlədən "key" avtomobillərin risk altında olduğunu bildirib. Artıq 422 müştəri məsələ ilə bağlı "Honda"ya şikayət məktubu ilə müraciət edib.
"Denso" isə yanacaq nasoslarının təsirinə təkcə "Honda"nın yox, 2020-ci ilin mart ayından etibarən "Toyota", "Daihatsu", "Mazda" və "Subaru" kimi markaların da məruz qaldığını bildirib. Belə ki, bu şirkətlər də eyni problemlə bağlı avtomobillərini geri çağırmağa məcbur olublar. (yeniavaz.com)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












