Hondadan xəbərdarlıq - Milyonlarla avtomobil geri çağırılır

Yaponiya şirkəti olan “Honda” “Accord” və “Civic” də daxil olmaqla 4,5 milyon modeli geri çağırıb.
Avtosfer.az xəbər verir ki, avtomobillərin yanacaq nasosunda yaranan problemə görə geri çağırılır. Bildirilir ki, nasosda yaranan problem yanacaq axınını kəsə və sürərkən mühərrikin dayanmasına səbəb ola bilər. Şirkət bunun qarşısını almaq üçün nasosun yenidən dizayn edildiyini açıqlayıb. Avtomobil sahibləri geri çağırma ilə bağlı bildirişləri fevral ayında almağa başlayacaqlar.
“Accord”, “Civic”, “CR-V” və “Odyssey” kimi məşhur modellər də daxil olmaqla, 2018-2020-ci illərdəki avtomobillərin bu səhvdən təsirləndiyi bildirilir.
Bu,“Honda”nın indiyə qədərki ən böyük elanıdır. Belə ki, şirkət 2020 və 2021-ci illərdə oxşar problemə görə ABŞ-dakı modellərini geri çağırmışdı. Lakin yeni bəyanat qlobal modelləri əhatə edir.
Qeyd edək ki, bu günə kimi nasazlıq nəticəsində qəza hadisəsi qeydə alınmayıb.
Məhəbbət Tərlanoğlu
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?












