“Huawei” və “Changan”dan yeni müqavilə - 5 il ərzində 105 avtomobil vədi - FOTO

Huawei avtomobil dünyasına investisiyalarını artırmağa davam edir. Hazırda “Aito” və “Luxeed” adlı alt brendə sahib olan şirkət avtomobillər üçün multimedia həlləri də istehsal edir.
Avtosfer.az xəbər verir ki, “Huawei” və “Changan” arasında yeni müqavilə imzalanıb.
Razılaşma qarşıdakı 5 ildə 105 avtomobil modelini ağıllı hala gətirməyi hədəfləyir.
“Huawei”, ağıllı avtomobil texnologiyalarına diqqət yetirən təşəbbüs başlatdığını açıqlayıb. Şirkətin açıqlamasına görə, yeni sub-brend “Huawei”nin ağıllı avtomobil həllər bölməsinin əsas texnologiyalarından və resurslarından istifadə edəcək. O, bu məsələdə Çin avtomobil istehsalçısı “Changan Auto” ilə birlikdə çalışacaq.
Müqaviləyə əsasən, “Changan Auto” yeni müəssisənin 40 faizinə sahib olacaq. Adı hələ müəyyən edilməmiş birgə müəssisə ağıllı avtomobil sistemləri və komponentlərinin “AR-GE”, istehsalı, satışı və servisini həyata keçirəcək. Bu sahələrə ağıllı kokpitlər, sürücüyə yardım texnologiyaları və elektrik nəqliyyat vasitələrinin güc aqreqatları daxildir.
Qeyd edək ki, “Huawei”, “Aito” və “Luxeed” kimi müxtəlif markalar altında ağıllı elektrikli avtomobillər istehsal edir. “Changan”, “Seres” və “Chery” kimi müxtəlif Çin avtomobil istehsalçıları ilə əməkdaşlıq edən şirkət, yeni markasında avtomobil proqramlarına diqqət yetirəcək.
Məhəbbət
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













