Hyundai və Kia ABŞ-da 3,4 milyon avtomobili geri çağıracaq - SƏBƏB

Hyundai və Kia ABŞ-da təxminən 3,4 milyon avtomobili geri çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Geri çağırılma Hyundai-nin Santa Fe SUV və Kia-nın Sorrento yolsuzluq avtomobili də daxil olmaqla, 2010-cu ildən 2019-cu ilə qədər olan bir neçə minik avtomobili və SUV modellərini əhatə edir.
Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi tərəfindən yayımlanan sənədlərdə bildirilir ki, kilidlənməyə qarşı əyləc idarəetmə modulu maye sızdıra və qısaqapanmaya səbəb ola bilər ki, bu da avtomobil sürülərkən yanğınla nəticələnə bilər.
Avtomobil istehsalçıları avtomobil sahiblərinə təmir tamamlanana qədər açıq havada və tikililərdən uzaqda dayanmağı tövsiyə edir.
Kia sənədlərində qeyd edilir ki, noyabrın 14-də bildiriş məktubları göndərməyə başlayacaq. Hyundai üçün isə bu son tarix 21 noyabrda başlayır.
konkret.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












