Integra daxili yanma mühərrikli son "Acura" modeli olacaq

Integra sportkarı Acura markası üçün simvolik modelə çevriləcəkdir, lakin bu təkcə əfsanəvi adın qaytarılması ilə məhdudlaşmayacaqdır. Sportkar həmçinin yapon brendinin daxili yanma mühərriki ilə təchiz edilən sonuncu avtomobili kimi tarixə düşəcəkdir.
2023-cü il Integra modelinin buraxılmasından sonra, Acura elektrikləşdirməyə istiqamət götürəcəkdir. Üstəlik, keçən il elan olunduğu kimi, şirkət hibridlər fazasından yan keçərək, birbaşa “təmiz” elektromobillərin yardılanmasına başlamaq niyyətindədir.

Canlandırılan Integra daxili yanma mühərrikini alıb, lakin məhz o, brendə qarşıdakı elektrikləşdirməyə hazırlaşmağa kömək edəcəkdir. Brendin milli satışlar üzrə vitse-prezidentinin köməkçisi Emil Korkorun sözlərinə görə, idman avtomobilinin köməyi ilə Acura batareyalı avtomobillər dövrünə keçməyə hazır olan yeni nəsil marka həvəskarlarını yetişdirəcəkdir.
Artıq gələn ildən Acura yalnız ekoloji cəhətdən təmiz modellərin hazırlanmasına keçəcəkdir. Eyni zamanda, ana Honda şirkətindən fərqli olaraq, Acura hibrid avtomobilləri fazasından yan keçəcəkdir.

Acura markasının ilk elektromobilinin 2024-cü ildə debüt etməsi planlaşdırılır. Çox güman ki o, General Motors konserninin Ultium platformasında inşa edilən elektrik krossoveri olacaqdır. Honda şirkəti də, eyni platformada özünün Prologue adlanan elektrik krossoverini buraxacaqdır.
Acura Integra modelinin seriya versiyası 2022-ci ilin martında təqdim edilib. Liftbek on birinci nəsil Honda Civic modelinin platformasına əsaslanır və Civic Si modelindən alınmış 203 at qüvvəli 1,5-litrlik turbomühərrik ilə təchiz edilir.

Modeli standart olaraq variatorla təklif edilsə də, onun alıcılarının əksəriyyəti mexaniki ötürmələr qutusunu seçirlər: Acura belə statistika ilə, sifarişlərin qəbulunun ilk həftəsinin nəticələrinə əsasən paylaşıb.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










