İlon Mask bu ölkədə avtomobil zavodu tikilməsini təxirə salıb

“Tesla” avtomobil istehsalçısının Baş direktoru İlon Mask kompaniyanın strategiyasındakı dəyişikliklə əlaqədar Hindistanda elektromobil zavodunun tikintisi planlarını müzakirə etmək üçün bu ölkəyə səfərini 2024-cü ilin sonunadək təxirə salıb.
Avtosfer.az xəbər verir ki, elektromobil istehsalçısı yaxın gələcəkdə Hindistan və Meksikadakı zavodlara sərmayə qoymaq əvəzinə, 2024-cü ilin sonunadək yeni və daha sərfəli elektrik avtomobilləri istehsal etmək niyyətindədir.
Həmçinin “Tesla” yeni istehsal xətlərini nəzərdən keçirmədən öncə elektromobil istehsalını 50 faiz artıraraq, 3 milyona çatdırmağı düşünür.
Bir müddət öncə İ.Mask aprelin 21-22-də Hindistana planlaşdırılan səfərini təxirə saldığını bildirmişdi. O, Dehlidə Baş nazir Narendra Modi ilə Hindistanda Starlink rabitə sisteminin işə salınmasının sürətləndirilməsini, ölkəyə 2 milyard dollarlıq sərmayə qoyuluşunu və elektromobillərin birgə istehsalı üçün zavod tikilməsini müzakirə etməli idi.
Qeyd edək ki, 2023-cü ildə İ.Maskın Hindistan hökumətinə göndərdiyi investisiya təklifi ildə 500 min elektromobil istehsal edəcək müəssisənin tikintisini və məhsulların üçüncü ölkələrə ixracını nəzərdə tuturdu.
trend
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












