İlon Maskın polad "Pikap"ı "güllələndi" - VİDEO

Bloger Zak Nelson "Tesla Cybertruck" pikapının gücünü yoxlayıb.
Avtosfer.az xəbər verir ki, Nelson "Tesla Cybertruck"un polad gövdəsinin güllə keçirməz olması barədə mifi təkzib etməyə çalışıb.
Xüsusilə, "Tesla"nın baş direktoru İlon Musk, avtomobilin tapança atəşi ilə zədələnə bilməyəcəyini bildirib.
Bloger bu tezisi təsdiqləyib. Belə ki, 9 mm tapançadan açılan atəşdən sonra polad qapıda yalnız kiçik bir çuxur yaranıb.
22 kalibrli güllələr də maşının polad gövdəsini dələ bilməyib.
Bu, yalnız Zak Nelson avtomobili 17 kalibrli patronlarla vurduqda mümkün olub. Lakin güllələr deşik açsa da, onlar qapının içərisində qalıb.
Nəhayət, o, 50 kalibrli snayper tüfəngi ilə avtomobilə atəş açıb. Güllə gövdəndən keçərək o biri tərəfdən çıxıb. Nelson həmçinin alov qurğusu ilə "Cybertruck"un üzərini yandırmağa cəhd edib, lakin yanğın avtomobildə heç bir iz buraxmayıb.
baku.ws
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












