İndi qayda pozan sürücülərin maşınını yol polisi avtomobili deyil, dronlar təqib edir - FOTO

Bu yol işarəsinə yalnız 1 ölkədə rast gəlmək mümkündür. Avtosfer.az xəbər verir ki, İspaniyada çətin, radarın səmərəsiz olduğu ərazilərdə yol hərəkətinə dron və helikopterlər nəzarət edir. Bu işarə də məhz havadan sürət rejiminə nəzarət edildiyini göstərir. Sürücünün 120 metr yüksəklikdə xidmət aparan dronu görməsi qeyri-mümkündür. Lakin onlar 2 km məsafədən sürəti ölçə, hətta sürücünün kəmər taxıb-taxmadığını, telefonla danışdığını da qeydə ala bilir.
İspan polisinin arsenalında 39 belə dron var. Dronlar avtomobili 80 km/saat sürətlə təqib də edə bilir. Bu sürət kiməsə kiçik görünə bilər, lakin ən çevik avtomobili belə nəzarətdə saxlamağa kafidir.
Cəriməyə gəlincə, öküz döyüşdürənlərin ölkəsində kəmər taxmamaq və ya sükan arxasında telefonla danışmaq 200 avro cərimə ilə (təxminən 360 manat) cəzalandırılır.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












