İngilis ustadan tövsiyə: Avtomobildə bu funksiyanı deaktiv edin

Avtomobillərin yanacaq sərfiyyatının aşağı salınması 120 ildən çoxdur bütün mühəndisləri düşündürür. Bunun üçün mütəlif üsullar da tətbiq eidlir.
Avtosfer.az xəbər verir ki, yanacağa qənaət üçün tətbiq edilən müasir opsiyalardan biri də Stop & Start sistemidir. Bu sistem avtomobil dayanan kimi mühərriki söndürür, hərəkətə başlamaq istədikdə isə təkrar işə salır. Laboratoriya testlərində sistem 1,2 litr qənaət nümayiş etdirsə də, real həyatda qənaət 0,4 litr ətrafında dəyişir.
Lakin bir tanılnmış ingilis usta başqa fikirdədir. O iddia edir ki, hər dəfə mühərrik işə salındıqda sürtünmə və aşınma gedir. Starter sıradan çıxır, akkumulyator boşalır. Ən əsası, qaynar mühərriki hər dəfə təkrar işə saldıqda pis yağlanmaya görə sürtünən detallar sürətlə aşınır. Qayış və tarımlayıcılar da zərər görür. Sürücünün qənaət edəcəyi bir neçə yüz qram yanacaqdan daha artıq pulu mühərrik təmirinə xərcləyəcək.
Usta problemdən uzaq olmaq üçün hər dəfə sistemi söndürməyi təklif edir.
Autoplus jurnalına müsahibə verən ekspertlər problemlərin 100 min kilometrdən sonra ortaya çıxdığını bildirirlər. Bunu nəzərə alaraq azərbaycanlı sürücülər məsələyə daha diqqətlə yanaşmalıdırlar. Çünki ölkəmizə əsasən işlənmiş avtomobillər ixrac edilir.
Vüqar
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
Çin tarixinin ən böyük elektromobil partiyası yola salındı










