İstanbulda yeni metro xətti istifadəyə VERİLDİ - VİDEO

İstanbulun yeni hava limanını şəhər mərkəzinə bağlayan metro xəttinin növbəti mərhələsi istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, yeni xəttin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
İstanbulda relsli sistem şəbəkələrinin uzunluğunun 338,5 kilometrə çatdığını deyən Ərdoğan xəttin bütün mühəndislik və dizayn işlərini yerli imkanlarla həyata keçirməkdən qürur duyduqlarını deyib. Bildirilib ki, hazırda şəhərdə ümumi uzunluğu 53 kilometr olan daha dörd metro xəttinin inşası davam edir.
İstanbulda tıxac problemlərinin aradan qaldırılmasının vacibliyindən danışan dövlət başçısı sərnişin nəqliyyatı ilə ortalama 64 dəqiqə davam edən hərəkət müddətini 39 dəqiqəyə endirməyi hədəflədiklərini açıqlayıb.
Qeyd edək ki, ötən il bu metro xəttinin İstanbul hava limanı-Kağıthane hissəsi tamamlanaraq istifadəyə verilib.
Hazırda xəttin Kağıthane-Gayrettepe hissəsinin açılması ilə metro həm də bir çox sərnişin nəqliyyatına birləşdirilmiş olacaq. Bununla da həm sakinlərin, həm də turistlərin İstanbul aeroportundan şəhərin müxtəlif bölgələrinə hərəkəti asanlaşacaq.
Bizim.Media
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT












