İyunda avtomobil sənayesində nə dəyişəcək?

Avropada siyasi qüvvələrin 2023-ci ildən etibarən bütün istilik mühərriklərini qadağan edəcəyi barədə ötən il dəfələrlə xəbər vermişik. Yaxın 2 ilə Avro-7 standartına keçidin baş verəcəyi də hər kəsə məlumdur. Lakin indi vəziyyət dəyişib.
Avtosfer.az xəbər verir ki, Avropa Parlamentinə seçkilərin tarixi açıqlandıqdan sonra siyasi qüvvələr bu məsələdən kürsü uğrunda mübarizə vasitəsi kimi istifadə edirlər. İyunda keçiriləcək seçkilərə görə Avropa Xalq Partiyası strategiyasının bəzi müddəalarını açıqlayıb. Avropanın ən böyük siyasi qüvvəsi olan partiya bildirir ki, parlamentdə yerlərin çoxunu qazanacağı təqdirdə həm elektromobilə, həm Avro-7 standartına keçid məsələsinə yenidən baxacaq.
Partiya bildirib ki, məsələnin inzibati üsullarla həlli yolverilməzdir və proses təbii yolla getməlidir. Qadağalar sadə avropalıları Kuba modelinə qaytaracaq. Yəni, əhali ya köhnə avtomobildən illərlə əl çəkməyəcək, ya da avtomobilini satdığı təqdirdə yenisini almayacaq.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












