"Jaguar F-Pace" ilk xüsusi versiyaya sahib olub

Jaguar F-Pace modelinin ilk məhdud saylı versiyası - Edition 1988 xüsusi nəşri peyda olub. 1988-ci ildə “Le Manın 24 saatı” marafonun qalibi Jaguar XJR-9 LM sportprototipinin şərəfinə hazırlanmış Jaguar F-Pace Edition 1988 modeli 394 nüsxəlik tirajla buraxılacaqdır.
Edition 1988 versiyası “bərkgedən” Jaguar F-Pace SVR versiyasına əsaslanır. Xüsusi nəşrin adındakı rəqəm Sarte trekindəki qələbə ilinə, buraxılacaq krossoverlərin sayı isə, Yan Lammers, Conni Damfis və Ənndi Uolles ibarət olan heyət tərəfindən qət edilmiş dövrələrin sayına işarə edir.

Jaguar F-Pace SVR Ediitin 1988 modelinin kapotunun altında 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki durur. Transmissiya - Jaguar XE SV Project 8 supersedanından götürülmüş 8-pilləli avtomatik ötürmələr qutusudur. “Bərkgedən” krossover yerindən 100 km/saat həddinə dörd saniyəyə sürətlənir, onun maksimal sürəti isə 286 km/saat həddində məhdudlaşdırlıb.
Xüsusi versiyanın nəzərəçarpan görünüşü SV Bespoke bölməsinin məhsuludur. Krossover tünd bənövşəyi Midnight Amethyst “ultrametallik” (dizaynerlər tərəfindən təqdim edilmiş 40 variantdan seçilib) rənginə boyanıb, Champagne Gold Satin rəngli 22-düymlük təkər diskləri və Sunset Gold Satin rəngli haçiyələrlə bəzədilib. Firma loqotipləri və ön qanadlardakı lazerlə oyulmuş “Edition 1988” nişanları da haşiyələrlə eyni rəngdədirlər.


Krossoverin standart təchizatına qara Black Pack dekoru, qara parlaq rəngində detallar dəsti (yan güzgülər, əyləc supportları və təkər disklərinin qapaqları) daxildir. Avtomobilin interyer tərtibatında karbonplastikdən və qara rəngli yarı anilin dəridən istifadə edilib. Jaguar F-Pace SVR Edition 1988 modelinin Böyük Britaniyadakı satış qiyməti 101 500 funt sterqlindən başlayır.
autograph.az
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












