Reklam

"Jeep Gladiator" pikapı yenilənib

Avtodünya 19 Sentyabr 2023 23:25 Oxunub 752
"Jeep Gladiator" pikapı yenilənib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Jeep Wrangler ofrouderindən sonra onun ən yaxın qohumu olan Jeep Gladiator pikapı da yenilənib. Pikapın yenilənmiş versiyası Detroit avtosalonunda nümayiş etdirilib. Qeyd etmək gərəkdir ki, bütün təkmilləşdirmələr Wrangler modelində baş vermiş dəyişikliklər ilə eynidir.

Gladiator yeni, hündürlüyü azaldılmış radiator barmaqlığını alıb. Bu barmaqlıqda yeddi firma kəsiyinin arasında havalandırma üçün əlavə keçidlər var. Antena indi ön şüşə çərçivəsinə inteqrasiya olunub. Təkər disklərinin dizaynı dəyişdirilib: diametri 17-20 düym arasında olan yeddi variant var.

Salonda 12,3-düymlük genişformatlı ekrana malik olan yeni Uconnect 5 media sistemi quraşdırılıb və bu sistem artıq standart təchizatdır. Halbuki Gladiator əvvəllər beş və ya yeddi düymlük ekranla təchiz edilirdi. Baza təchizatına daxil olan pərdə tipli hava yastıqları da peyda olublar. 

Pikap əvvəlki kimi Sport, Sport S, Willys, Mojave və Rubicon təchizat səviyyələrində təklif olunur. Bundan əlavə, adi Rubicon versiyasından polad bamperi, ön kamerası, nappa dərisindən oturacaq üzlükləri, elektriklə tənzimlənən ön oturacaqları və digər avadanlıqları ilə fərqlənən Rubicon X versiyası peyda olub.

Həmçinin, pikap üçün ixtisaslaşdırılmış AEV (American Expedition Vehicles) şirkəti ilə birgə hazırlanan yeni zavod ofroud paketləri də təklif olunur. Ən ekstremal Level II dəsti Gladiator Rubicon versiyasının klirensini 400 millimetrə qədər artırır (çay keçirinin dərinliyi 914 millimetrə çatır). Bundan başqa, dəst əlavə müdafiənin, güc bamperlərinin və xarici diametri 37 düym olan ofroud şinlərinin quraşdırılmasını ehtiva edir.

Ancaq ümumilikdə texniki hissə əvvəlki kimi qalıb. İndi Jeep Gladiator yalnız bir mühərriklə təklif olunur – bu, mexaniki və ya səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 289 at qüvvəli 3,6-litrlik V6 atmosfer mühərrikidir.

Jeep bu yaxınlarda xüsusi “vida” versiyasını buraxaraq dizel mühərrikindən imtina edib. Qeyd etmək lazımdır ki, pikap hələ də Wrangler modelinin mühərrik çeşidinə daxil olan 2,0-litrlik “turbodördlüyü” və onun əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz edilmir. Part-time transmissiyası və ön oxda qoşulma muftası olam tam ötürmə sistemi arasında seçim saxlanılır.

Mühərrik çeşidinin minimuma endirilməsi Gladiatorun ixrac coğrafiyasına təsir edib: bu model Avropa bazarını tərk edir. Hətta yenilənmiş Wrangler Köhnə Dünyada yalnız 4xe hibrid versiyasında satılacaq. Beləliklə, pikap üçün əsas bazar ABŞ olacaq - bu ilin sonunda orada yenilənmiş pikapların satışın başlanacaq. Hazırda ABŞ-da restaylinq keçməmiş Gladiator 38.800 dollardan başlayan qiymətlərlə satılır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh