Kim daha təhlükəsiz sürür: qadınlar, yoxsa kişilər?

Qadınların, yoxsa kişilərin daha yaxşı sürücü olması məsələsi 100 ildir aktuallığını qoruyur. Bunu nəzərə alan Belçikanın VİAS Yol Hərəkəti İnstitutu məsələ ilə bağlı araşdırma aparıb.
Avtosfer.az xəbər verir ki, tədqiqat zamanı qadınların nəqliyyat vasitələrini (bütün tip, motorlu, motorsuz) daha ehtiyatla idarə etdiyi üzə çıxıb. Ölümlə nəticələnən qəzaların 23 %-i, xəsarətlə nəticələnən qəzaların isə 33 %-i qadınların payına düşür.
Tədqiqatçıların fikrincə, bunu təkcə kişilərin daha çox yol qət etməsi və ya kişi sürücülərin çoxluğu ilə izah etmək doğru olmaz. Hazırda ən mühafizəkar cəmiyyətlərdə belə qadın sürücülərin sayı durmadan artır. Əsas amil adrenalindir. Kişilərin orqanizmində adrenalin daha çox sintez olunduğu üçün kəskin manevrlərə maraq artır.
İkinci maraqlı amil kişilərin özlərinə yersiz inamıdır. İstənilən situasiyadan çıxa biləcəyini iddia edən sürücülər daha çox və ağır qəza törədir. Lakin qadınlar təhlükəni daha real qiymətləndirir, riskə meylli olmurlar.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












