Klassik avtomobili elektromobilə çevirdilər - FOTO

“Everrati Automotive Limited” yeni layihəsini təqdim edib.
Mühəndislər 1963-cü ildə debüt edən klassik “Mercedes-Benz SL W113 Pagoda” əsasında elektromobil hazırlayıblar.
Elektromobillərin hər biri “Mercedes-Benz” çertyojlarına uyğun olaraq əl ilə yığılıb və daxili yanma mühərriki Everratinin öz dizaynı olan elektrik enerji bloku ilə əvəzlənib.
Elektrik mühərrikinin quraşdırılması həm də daha yaxşı dinamika üçün çəki paylanmasını optimallaşdırır.
Vurğulanıb ki, bütün dəyişikliklər ləğv edilə və sahibi istənilən vaxt avtomobili orijinal görünüşünə qaytara bilər.
“Everrati”nin elektrikli “SL W113 Pagoda”sı iki variantda təqdim edilir. Hər ikisi 300 at gücünə malik mühərriklərlə təchiz olunub, lakin tüninq versiyasında daha güclü akkumulyatordan istifadə edilir. Onunla avtomobil yeddi saniyədən az müddətdə 97 kilometr/saat sürət yığır və 200 mildən çox məsafə qət edir.
Mənbə: championat.com
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












