Klassik “Mercedes” elektrik avtomobilinə çevrildi - FOTO

Klassik “Mercedes-Benz 280SL” lüks elektrik avtomobilinə çevrilib.
Layihəni Amerikanın “Moment Motor Company” şirkəti həyata keçirib. Onlar klassik avtomobillərin elektrik maşınlarına çevrilməsini nəzərdə tutan yeni modeli təqdim edib.
Bu dəfə məhdud sayda restomodlar üçün Texasdan olan mütəxəssislər elektrik stansiyasının quraşdırılması üçün hazırlanmış Alman “Mercedes-Benz 280S”L kabrioletini götürüblər.
Restomod üzərində iş virtual CAD məkanında hər bir xüsusi avtomobilin 3D modelinin yaradılması ilə başlayır . Bu məlumatlara əsaslanaraq, şirkət orijinal konvertasiya edilən avtomobilin çəki balansını və idarəetmə hissini qorumaq üçün konversiya planı yaradır.
“280SL”də bu, sürücüyə 280 kilometr məsafə qət edən 62 kilovat-saatlıq akkumulyator, həmçinin 300 at gücü və 502 Nm hasil edən üç fazalı daimi maqnitli elektrik mühərriki olan 400 voltluq güc aqreqatı deməkdir. Bu orijinal mühərrikdən iki dəfə yüksək performans göstərir.
Konversiyaya sükanı, elektrik əyləcləri, klimat-kontrol, həmçinin orijinal kimi dizayn edilmiş, yeni ölçü cihazları ilə müasir alət paneli daxildir. “Moment Motor Company”, donor “Mercedes-Benz” istisna olmaqla, təkcə elektrikli avtomobilə çevrilməsi üçün 135 min dollar istəyir. Müştərilər ya öz kabrioletlərini təqdim edə bilər, ya da avtomobili tapacaq “Unique Cars Of Palm Beach” ilə əlaqə saxlaya bilər. Bu zaman isə açar təslim restomodun qiyməti təxminən 250 min dollar olacaq. (lent.az)





"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












