"Lada" taksi üçün sərfəli avtomobil istehsal edəcək

AvtoVAZ şirkəti yeni “Lada Aura” modelinin konfiqurasiyasını sadələşdirməyə qərar verib.
Avtosfer.az bildirir ki, taksilərdə istifadə üçün biznes sinif sedanının xüsusi versiyası yaradılacaq. Brendin yeni məhsulunun buraxılışı 2024-cü ilin sentyabrına planlaşdırılır. Bu barədə şirkətin nümayəndəsi mediaya açıqlamasında vurğulayıb:
“Əlbəttə, biz belə avtomobilə tələbatın olduğu taksi bazarına ümid edirik. Avtomobilin xüsusi konfiqurasiyası yaradılacaq, lakin təfərrüatları açıqlamaq hələ tezdir”.
Şirkət iyunun 8-də “Lada Aura” avtomobilinin layihəsini təqdim edib. Avtomobil arxa oturacaqdakı sərnişinlər üçün 25 santimetr artırılmış daxili sahəyə malikdir. Avtomobil 122 at gücü hasil edən 1,8 litrlik mühərrik və avtomatik transmissiya ilə təchiz edilib. Yeni məhsulun interyeri dəri ilə bəzədiləcək və onun qiyməti iki milyon rublu (təxminən 38 min 200 manat) xeyli keçəcək.
AvtoVAZ “Lada Vesta”nın genişləndirilmiş modifikasiyasını dövlət işçiləri üçün avtomobil kimi hazırlayır. Konsernin planlarına görə büdcə təşkilatlarında və bölgə rəsmiləri arasında tələbat olan modelin istehsalına 2024-cü ilin avqust-sentyabr aylarında başlanacaq.
Lent.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












