Reklam

Lamborghini şirkəti Revuelto superhibridinin art versiyasını təqdim edib

Avtodünya 11 Dekabr 2023 22:00 Oxunub 1150
Lamborghini şirkəti Revuelto superhibridinin art versiyasını təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Opera Unica adlanan hiperkarın kuzovunun rənglənməsinə 435, interyer tərtibatına isə 220 saat sərf olunub. Bütün işlər əsasən əllə görülüb. Texniki hissədə heç bir dəyişiklik yoxdur. Kupe əvvəlki kimi 6,5-litrlik V12 atmosfer mühərriki və üç elektrik mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə hərəkətə gəlir.

 

 

Lamborghini şirkətinin hazırladığı Opera Unica (italyan dilindən tərcümədə “Unikal Əsər”) kupesi Mayamidə keçirilən Art Basel müasir incəsənət sərgisində debüt edib. Bu, Centro Stile və Ad Personam departamentlərinin birgə yaratdığı Revuelto superhibrididir, daha doğrusu, onun italyan brendinin 60 illik yubileyi şərəfinə hazırlanmış art-versiyasıdır. Üstəlik, Huracan Sterrato Opera Unica modelində olduğu kimi, yenə də əsas rolu rənglənmə sxemi oynayır.

 

 

Superhibridin kuzovu əl ilə boyanıb: Viola Pasifae bənövşəyi rəngindən Nero Helene qara rənginə rəvan keçid effekti təmin edilib, habelə isti və soyuq çalarlarda vurğular mövcuddur. Lamborghini şirkətindən boyanın yaradılması və rənglənmə prosesinin sınaqdan keçirilməsinin 76 saat çəkdiyi bildirilir. Bu işə 435 saat, yəni 18 gündən çox vaxt sərf edilib! Nero Ade və Viola Acutus rəngində dəri ilə üzlənmiş interyerin tərtibatı daha 220 saat tələb edib. Oturacaqların arxa hissəsində, tavan və qapı panellərində yubiley loqotipləri, mühərrikin işə salma düyməsinin qapağında isə rəngli “ləklər” peyda olub.

 

Opera Unica ilk növbədə incəsənət obyektidir və ona görə də texniki baxımdan heç bir dəyişiklik nəzərdə tutulmayıb. Kupe Aventador modelindən tanış olan 6,5-litrlik V12 mühərriki və üç elektrik mühərriki ilə təchiz olunub. Hibrid qurğunun pik hasilatı 1015 at qüvvəsidir. Güc aqreqatı iki yaş muftası olan səkkiz pilləli “robot” ilə tandemdə çalışır. Kupe tamötürməlidir, özü də ön təkərləri elektrik mühərrikləri hərəkətə gətirir. Tam dolu batareya ilə Revuelto 100 km/saata - 2,5, 200 km/saata isə yeddi saniyəyə sürətlənir. Maksimal sürət - 350 km/saatdır.

autograph 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh