Reklam

"Land Rover" yeni "Range Rover Sport" modelini təqdim edib

Avtodünya 11 May 2022 16:58 Oxunub 2326
"Land Rover" yeni "Range Rover Sport" modelini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Jaguar Land Rover konserni üçüncü nəsil Range Rover Sport modelini təqdim edib. “Böyük” Range Rover modelinin ardınca Sport versiyası da MLA-Flex modul platformasına keçib, tam idarəolunan şassi əldə edib. Bundan başqa, mühəndislər daimi tam ötürmədən imtina edərək, ön oxda muftası olan sistemə üstünlük veriblər.

Mühərrik çeşidinə gəldikdə isə, əsas üstünlük 3,0-litrlik sıralı altısilindrli Ingenium aqreqatlarına verilib. Hələlik yeddi modifikasiya barədə təfərrüatlar açıqlanıb: Avropada - altı, ABŞ-da isə dörd modifikasiya təklif olunacaqdır.

Range Rover Sport tanınan görünüşünü qoruyub saxlayıb, müəyyən baxiş bucaqlarından isə əvvəlki nəsil ilə bənzərlik böyükdür. Eyni zamanda, modelin qabarit ölçüləri bir qədər artıb, oxlar arasındakı məsafə isə 54 millimetr daha geniş olub.

Yeni Range Rover Sport modelinin markerləri “gizli” qapı tutacaqları, üfüqi işıqlar, gündüz hərəkət işıqların qırıq xətti olan nazik LED fənərlər, habelə buraxılış sisteminin diqqəti cəlb etmək üçün quraşdırılmış çıxış borularıdır. Kuzov axıntılıdır: aerodinamik müqavimət əmsalı Cx = 0,29-dur.

Şassi baxımından, Range Rover Sport əsasən beşinci nəsil Range Rover modeli ilə unifikasiya edilib. Ön asqı ikiqat köndələn qollara malikdir, arxada isə beşqollu asqı quraşdırılıb. Adaptiv pnevmatik asqı standartdır, arxa ox isə, 7,3 dərəcə dönə bilirlər.

Güc aqreqatları xəttində də sürpriz yoxdur - Range Rover Sport modelinin əksər versiyaları mülayim-hibrid əlavəsi olan 3,0-litrlik Ingenium “turboaltılıqlar” ilə təklif ediləcəklər.

EPA standartına uyğun olaraq elektrik ötürməsi ilə 77 kilometr məsafə qət edəcək, 31,8 kilovat-saatlıq batareya ilə təchiz edilən təkrar doldurulan hibrid modifikasiyaları da olacaqdır. Modifikasiya çeşidinin zirvəsində 4,4-litrlik səkkizsilindrli BMW mühərriki ilə hərəkətə gələn top versiya duracaqdır.

ABŞ-da P360 (360 at qüvvəsi, 500 Nm) və P400 (400 at qüvvəsi, 550 Nm) mülayim hibridləri, P440e (440 at qüvvəsi, 620 Nm) plagin hibridi və P530 (530 at qüvvəsi, 750 Nm) flaqman modifikasiyası təklif edəcəklər.

Avropada “kiçik” benzin versiyası olmayacaq, lakin D300 (300 at qüvvəsi, 650 Nm) və D350 (350 at qüvvəsi, 700 Nm) mülayim dizel hibridləri, həmçinin başqa bir plug-in hibridi - P510e (510 at gücü, 700 Nm) modifikasiyası təklif ediləcəkdir. Ən yeyin ofrouder 100 km/saat həddini 4,3 saniyəyə toplayacaqdır.

Range Rover Sport modelinin salonu flaqman ofrouderinə çox bənzəyir, lakin mühüm fərqlər var - 13,7-düymlük rəqəmsal cihazlar paneli dəyişdirilib, sükan çarxı üçqolludur, klimat-kontrolun bloku isə fərqli bucaqda yerləşdirilib. Baş qurğular eynidir: Land Rover 13,1-düymlük sensorlu ekranı olan Pivi Pro sisteminə, “hava” yeniləmələrə və səslə idarəetməyə üstünlük verir.

Arxa sərnişinlərin ayaq zonasındakı məkan artırılıb, top versiyalar isə 22 istiqamətdə elektrik tənzimlənməsi və masaj funksiyası olan çoxkonturlu oturacaqlar, səs-küyün aktiv boğulması və havanın təmizlənməsi sistemləri, həmçinin 29 dinamikli 1430 vatlıq Meridian audiosistemi ilə təchiz olunurlar. Təbii ki, yeddi nəfərlik salon Range Rover Sport üçün əlçatan deyil - arxada yalnız üç nəfərlik divan var.

Land Rover ön oxda muftası olan tam ötürməs sistemə keçsə də və bəzi rejimlərdə yanacaq qənaəti naminə ofrouder arxadan çəkişli olsa da, bunlar həndəsi keçid qabiliyyətinə təsir etməyib.

Wade Mode rejimində dəbdəbəli Range Rover Sport 900 millimetrə qədər (sələfi ilə müqayisədə 50 millimetr artırılıb) dərinliyi olan çay keçidini qət edə bilər, avtomobilin köndələn və uzununa yana əyilmələrini, habelə relyefi nəzərə alaraq təhlükəsiz sürəti seçə bilən yeni ofroud kruiz-kontrol sistemi peyda olub.

Land Rover şirkəti yeni Range Rover Sport modelinin satışlarının başlanması tarixini açıqlamayıb, lakin qiymətlər artıq məlumdur - ABŞ-da yeni Range Rover Sport modelinin qiyməti 83 min - 122 min dollar arasındadır, Böyük Britaniyada isə, 79 min funt sterlinqən başlayır. Ofrouderlərin ilk partiyası V8 mühərriki, aktiv arxa differensialı və tam idarəolunan şassisi olan zəngin təchizatlı First Edition versiyasında təklif ediləcəkdir.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh