Lexus Bakı Avropanın ən yaxşıları siyahısında yer aldı - FOTO

Premium avtomobil markası olan Lexus-un Azərbaycandakı rəsmi dileri Lexus Bakı KIWAMI 2024 mükafatının qalibi oldu.
“Kiwami Awards” Avropada Lexus dilerlərinin əldə etdiyi görkəmli biznes və müştəri xidmətləri nailiyyətlərini qiymətləndirir. Bu il 300-dən çox müəssisə arasında cəmi 17 mərkəz unikal “Lexus Omotenashi” qonaqpərvərlik prinsipləri və müstəsna müştəri xidmətləri ilə seçilib. Lexus Bakı-da bu mərkəzlər arasında öz yerini tutub.
“Bu, bizim pərakəndə satış şirkətlərimiz üçün maraqlı vaxtdır, çünki biz onlarla gələcək elektrikləşdirilmiş modellər üçün proqramımız üzərində işləyirik və rəqəmsallaşmanın təklif etdiyi imkanlardan maksimum yararlanırıq. Eyni zamanda, biz müştərilərimizə qarşı insan mərkəzli yanaşmamızı qoruyub saxlayırıq, fərq etmir onlar mərzkəzlərimizə fiziki yaxınlaşır ya da rəqəmsal kanallarımız vasitəsilə bizimlə əlaqə saxlayırlar. Məqsədimiz, onlara möhtəşəm təcrübə yaşatmaqdır. Mən bu ilin qaliblərini təbrik edirəm, onların hər biri müstəsna səviyyədə işgüzar fəaliyyət və xidmət göstərmişlər”, - Toyota Motor Europe vitse-prezidenti Paskal Ruh açıqlamasında qeyd etdi.
Kiwami Awards 2016-cı ildə yaradılıb və bu il Avropa üzrə 340-dan çox səlahiyyətli Lexus dilerləri iştirak etmək hüququ qazanıblar.
Bu ilki qaliblər Norveçdə dörd günlük tədbirdə mükafatlandırılıblar. Keçirilən tədbirdə onlar yeni biliklər və elektrikləşdirmə üzrə ən yaxşı təcrübələri bölüşmək şansı əldə ediblər.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
















