"Lexus" “bərkgedən” LBX krossoverini təqdim edib

Lexus şirkəti GR Yaris hetçbekindən götürülmüş turbomühərriklə hərəkətə gələn “bərkgedən” LBX krossoveri təqdim edib. “Bərkgedən” yığcam krossover bu ay işinə başlamış Tokyo avtosalonunda debüt edib. Belə bir krossoverin buraxılacağı barədə şayiələr hələ keçən ilin payızında peyda olub. Lexus LBX Morizo RR Concept krossoveri üzərində hətta Toyota konserninin prezidenti Akio Toyoda da iştirak edib.
Yeni Lexus LBX krossoverinin GA-B platformasına əsaslandığı məlumdu. Onun ən yaxın "qohumu" Toyota Yaris Cross modelidir. Odur ki, 1,6-litrlik turbomühərrikin quraşdırılmasında heç bir problem olmayıb.
Güc aqreqatı kimi, yapon istehsalçısı yenilənmiş GR Yaris hetçbekinin 305 at qüvvəli mühərriki götürülüb. Əlbəttə ki, bu aqreqatın tandemdə çalışdığı yeni 8-pilləli Direct Shift avtomatik transmissiyası da krossoverdə quraşdırılıb.
Digər təkmilləşdirmələr arasında yenidən işlənmiş asqı, gücləndirilmiş kuzov, yeni 19-düymlük təkər diskləri, həmçinin aerodinamik kuzov dəsti və idman aksessuarları (sükan, pedallar və təhlükəsizlik kəmərləri) var.
Məlum olduğu kimi, Akio Toyota yarışlarda Morizo adı ilə çıxış edir. Odur ki, onun şərəfinə adlandırılmış avtomobilin eksteryer və interyeri Morizo RR loqotipləri olan sarı aksentlərlə bəzədilib.
“Bərkgedən” krossoverin seriya perspektibləri barədə məlumat verilməyib, lakin onun məhdud tirajla buraxılması üçün heç bir texniki maneə yoxdur.
autograph
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
Çin tarixinin ən böyük elektromobil partiyası yola salındı











