Lyuks avtomobillərin üstün bildiyi qara təkərlər: Şirkətlər ağ şinlərin istehsalını niyə dayandırdı?

Avtomobillərdə gördüyümüz ağ şinlər vaxtilə ən məşhur dizaynlarından biri idi. Bu təkərlər yalnız gözəl görünüşləri ilə deyil, həm də istehsal prosesinin təbii bir hissəsi kimi diqqəti cəlb edirdi. Lakin zaman keçdikcə ağ təkərlər tamamilə qara təkərlərlə əvəz olundu. Bəs bunun səbəbi nə oldu? Gəlin bu dəyişikliklərin arxasında dayanan səbəblərə nəzər salaq.
Avtosfer.az xəbər verir ki, 20-ci əsrin əvvəllərində istehsal edilən ilk avtomobil şinləri tamamilə ağ idi. Bunun əsas səbəbi təkər istehsalında istifadə olunan təbii kauçuka sink oksidinin əlavə edilməsiydi. Sink oksidi təkərlərin aşınmasını ləngidərək onları daha davamlı edir. Bu dövrdə “Vogue Tyre and Rubber Co” kimi şirkətlər ağ təkərləri faytonlar və lüks avtomobillər üçün istehsal edirdi.

Lakin zamanla elm adamları ağ kauçukun kifayət qədər davamlı olmadığını aşkar etdilər. Daha uzunömürlü təkər istehsal etmək üçün xammalın tərkibinə qara rəngli karbon əlavə edildi. Bu, təkərləri sürtünməyə daha davamlı edir və ömrünü uzadır. İlk mərhələdə karbon yalnız təkərlərin protektoruna əlavə edilib. Buna görə də yan divarlar hələ də ağ qalırdı. Ancaq qara təkərlərin həm daha davamlı, həm də daha faydalı olduğu başa düşüləndə istehsalçılar ağ təkərlərdən imtina etməyə başladılar.
Bundan əlavə, ağ təkərlərin istehsalı xərcləri də ciddi bir problem yaradırdı. Rəngini qorumaq üçün xüsusi kimyəvi maddələrdən istifadə etmək tələb olunurdu ki, bu da istehsal prosesini bahalaşdırırdı.

Həmçinin istehsal zamanı buraxılan səhvlər səbəbindən bir çox təkər sökülməli olurdu. Təmizləmə məsələsi də ayrı bir çətinlik idi, çünki ağ təkərlər dərhal çirklənir və xüsusi təmizləyicilərlə daimi qulluq tələb edirdi. Bunun əksinə, qara təkərlər daha uzunömürlü olub, müntəzəm qulluq tələb etmədiyi üçün sürücülər üçün daha praktik və sərfəli bir seçimə çevrildi.
Bu səbəbdən ağ təkərlərdən qara təkərlərə keçid həm dizayn, həm də istehsal baxımından daha faydalı seçim oldu.
Eltac Zülfüqaroğlu
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU










