Magistral yollarda simsiz enerji doldurma sistemi üçün kritik inkişaf - Artıq sınaqdan keçirilir

Son illərdə elektromobillər çox populyarlaşıb. Bunun əsas səbəbləri ekoloji maarifləndirmə, enerji səmərəliliyi, aşağı texniki xidmət xərcləri və benzin və ya dizel əvəzinə daha sərfəli elektrik enerjisindən istifadədir.
Elektrikli avtomobillərin kifayət qədər yayıldığı ölkələrdən biri də ABŞ-dır. Bununla əlaqədar, ölkənin bəzi ştatları uzun müddətdir ki, avtomobilləri simsiz enerji ilə dolduran magistral yollar üzərində işləyirlər. Bəzi bölgələrdə sınaqdan keçirilən bu sistemlə avtomobillərin yalnız təkərlərini yerə toxunduraraq şarj etmək hədəflənib. Nəhayət, İndiana ştatında bu məsələ ilə bağlı mühüm bir inkişaf baş verib.
Avtosfer.az xəbər verir ki, elektrikli avtomobilləri şarj edən şose layihəsi ağır nəqliyyat vasitələri üçün sınaqdan keçiriləcək.
Ştatdakı Purdue Universitetinin mühəndis qrupu uzun müddətdir ki, traktor qoşqularından tutmuş minik avtomobillərinə qədər müxtəlif növ elektrik nəqliyyat vasitələrinin magistral yollarda hərəkət edərkən simsiz enerji ilə doldurulmasını təmin edəcək sistem üzərində işləyir. Bu işlər çərçivəsində saatda 65 mil sürətlə hərəkət edən elektrikli avtomobilləri enerji ilə doldurmaq üçün magistral yol hazırlanıb.
Bu test üçün “Cummins Inc.” adlı ABŞ şirkəti tərəfindən təqdim edilən elektrik yük maşını istifadə olunacaq. Sınaqların nə vaxt başlayacağı hələlik bəlli deyil. Ştat hökuməti yaxın bir neçə il ərzində bu simsiz enerji doldurma sistemini bəzi əyalətlərarası ştatlarda quraşdırmağı hədəfləyir.
Hazırda İndianadan kənarda olan bir neçə ştat və ölkə elektriklə işləyən avtomobilləri simsiz enerji ilə dolduran magistralları sınaqdan keçirir. Ancaq bu sistemin ən çətin tərəfi onu ağır yük maşınlarına tətbiq etməkdir. Çünki bu maşınlar şəhərdən fərqli olaraq şəhərdən kənarda yollarda daha sürətli hərəkət edir. Bu kontekstdə onların yüksək enerjiyə ehtiyacı var.
Məhəbbət Tərlanoğlu
Ən dözümlü avtomobil adları AÇIQLANDI
Rüsum artır, Çin maşınları isə azalmır – SƏBƏB
Almaniyada elektromobillər ucuzlaşdı
"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu
1,7 litr mühərrikli sonuncu “Niva” konveyeri tərk etdi - FOTO
Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT
Bu ölkədə “Lexus” almağa icazə verilmir
Tarixə qovuşmuş avtomobil markası dirçəldilir - ÇİNƏ GÖRƏ - FOTO
Müşavir: Çinlilər Avropa bazarını götürmək istəyir - FOTO
Süni intellekt səhv etdi, istehsalçı “boz saqqalıları” geri çağırdı
Rusların “kitayski Toyota” müəmması










