"Mansory" gələcəyin uçan hiperkarını nümayiş etdirib

Bahalı və dəbdəbəli avtomobilləri şokedici üslubda təkmillədirməklə məşhurlaşmış Mansory tüninq ateleyinin artıq heç nə təəccübləndirmək iqtidarında olmadığını hesab edirsiniz isə, yanılırsınız. Alman atelyesi növbəti dəfə hər kəsi təəccübləndirməyi bacarıb.
Milad bayramı və Yeni il ərəfəsində atelye mütəxəssisləri firma üslubunda tüninqdən keçmiş futuristik hiperkarın layihəsini təqdim ediblər. Ən əsası isə, söhbət uçan avtomobildən gedir, çünki layihə levitasiya edən nəqliyyat vasitəsinə aiddir.
Hələlik uçan seriya avtomobilləri mövcud deyil, baxmayaraq ki, bir sıra şirkətlər prototiplər üzərində işləyirlər və artıq uçuş və sürüş testləri keçirirlər. Mansory atelyesi isə, dərhal növbəti addımı atmağa və hələ mövcud olmayan uçan avtomobilləri tüninq etməyə qərar verib.
Futuristik hiperkarın cizgilərində Ferrari Enzo, Pagani Huayra, McLaren modellərinə, həmçinin Lamborghini superkarlarına əsaslanan Mansory layihələrinə istinadları görmək olar. Təkərlərin yoxluğu və kuzovun aşağı hissəsində quraşdırılmış vinqletlər Mansory layihəsini mövcud olan istənilən hiperkardan fərqləndirir.
Yenilik levitasiya edir və buna görə də havada qalır, lakin bunun gələcək texnologiyalar mövzusundakı fantaziyadan başqa bir şey olmadığı aydındır. Bu layihə ilə, alman atelyesi öz pərəstişkarlarına şirkətin uzaq gələcəkdə mövcud olacağını və müxtəlif avtomobilləri təkmilləşdirməyə davam edəcəyini bildirmək istəyir.
Ənənəvi avtomobillərin gələcəyi qeyri-müəyyən olsa da, Mansory müştərilər arasında fərdiləşdirmə istəyinin dəyişməz qalacağından əmindir.
autograph
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












