Maşın bazarında BÖYÜK FIRILDAQ: 23 nəfərlik dəstə yaxaladılar

Maşın bazarında böyük fırıldağın üstü açılıb. 2-si qadın olmaqla 23 şübhəli saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbuld şəhərində baş verib. Avtomobillərini satmaq istəyən şəxsləri aldadıb, maşınla birlikdə yoxa çıxırlarmış. Cinayətkar dəstə yaxalandıqda məlum olub ki, bunla peşəkar ixtisaslı dələduzlarmış.
Bu fırıldaqçıların yeni metodu hamını təəccübləndirib. Belə ki, onlar maşınlarını satmaq üçün reklam verən şəxslərlə əlaqə saxlayırlar. Özlərini müştəri kimi təqdim edirlər. Onlar “bizim daha faydalı maşın bazarımız var” kimi yalanlarla qurbanlarını aldadırlar. “Tezliklə pullar hesaba köçürüləcək” kimi vədlər edib satıcıları min bir yalanla aldadıb satış üçün notariusa gedirlər. Sonra isə onları aldadırlar ki, bankda əməliyyat sıxlığı var və pul ona görə hesabınıza daxil olmayıb. “Sadəcə imzalayırsınız və işimiz daha asan olur” deyərək qurbanlar dolandırılır. Zərərçəkənlərin onlara inanaraq satış üçün imza atmasından sonra şübhəlilərin avtomobillərlə birlikdə yoxa çıxdıqları müəyyən edilib

Hətta şübhəlilərin bəzi vaxtlarda tərəddüd edən qurbanlarına silahla qorxutduqları da müəyyən edilib.
Araşdırma zamanı saxlanılan qadın şəbəkə üzvünün avtomobil satılarkən notariat kontorunda görüntüləri üzə çıxıb. Görüntülərdə savadsız qadının notariusun qarşısına qoyulan sənədlərə barmağını qoyaraq maşının satışını öz üzərinə götürdüyü görünür.

Bir hadisədə də isə polis maşını ələ keçirərək qaçan fırıldaqçının görüntülərini əldə edib. Təhlükəsizlik kamerası görüntülərində aldadılan şəxslərin notarius binasından qaçan şübhəlinin arxasınca qaçdıqları görünür.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qaçırılan 12 avtomobil müəyyən edilib. Bu sayın artacağı da qeyd edilir.
Lent.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










