Maşında olan itlər niyə başını pəncərədən çölə çıxarır? - Maraqlı İZAH

Avtomobildə olan itlərin başlarını adətən pəncərədən çölə çıxardığına dəfələrlə şahid olmuşuq. Buna görə sürücülərlə polis arasında problemlər də olub (təkcə Azərbaycanda deyil). Bəs nə üçün itlər maşının pəncərəsindən başını çıxarmağı xoşlayır?
Avtosfer.az xəbər verir ki, insanlardan fərqli olaraq itləri təbiət mənzərəsinin dəyişməsi çox da maraqlandırmır. Kaliforniya Universitetinin əməkdaşları sübut ediblər ki, itləri bayırdan gələn qoxu cəlb edir. Göz itiliyinə görə insan üstün olsa da, iy hissiyatına görə itlər əksər canlıları qabaqlayır. Avtomobildə olan insan yalnız işlənmiş qazların iyini hiss etdiyi halda, itlər bir neçə yüz metrdən təzə biçilən otun, ya da çörək zavodunun iyini duyur.
İtlərin bu qabiliyyəti beyin fəaliyyəti ilə əlaqəlidir. İtin beyin fəaliyyətinin 35%-i qoxuları hiss etməyə yönəldiyi halda, insanda bu rəqəm 5%-i ötmür.
O ki qaldı qadağa məsələsinə, əksər ölkələrdə heyvanların daşınma qaydalarının pozulması inzibati məsuliyyət yaradır.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












