Maşının soyuducu sistemindəki qaz sürücüləri zəhərləyir? – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Avtomobil sənayesinin inkişafı və müasir soyutma texnologiyaları sahəsində əhəmiyyətli adlardan biri olan Thomas Midgley Junior ixtiralarının uzun illərdir təbiəti və insan sağlamlığını təhlükə altına atdığı məlum olub.
Avtosfer.az xəbər verir ki, 1920-ci illərdə qurğuşunlu benzinin istehsalı və daha sonra soyuducu qaz olan “Freon”un geniş istifadəsini təşviq edən Midgley həm iqlim böhranının dərinləşməsinə, həm də milyardlarla insanın sağlamlığının təhlükə altına girməsinə səbəb olub.
Midgleyin ilk böyük ixtirası olan etil benzinin oktan səviyyəsini artırmaq üçün istifadəsi mühərrikin performansını yüksəldib. Lakin bu prosesin yaratdığı ekoloji və sağlamlıq problemləri uzun müddət diqqətdən kənarda qalıb. Etil benzinin tənəffüs və udma yolu ilə insan orqanizminə daxil olaraq beyinə təsir edir, xüsusilə də uşaqların idrak inkişafına mənfi təsir göstərir.

Araşdırmalara görə, etil benzinin geniş yayılması 170 milyondan çox amerikalının ümumilikdə 824 milyon “IQ” balını itirməsinə səbəb olub. Bu, adambaşına təxminən 3% bəndi azalma deməkdir. Bəzi insanlar üçün isə bu itki 6 baldan çox olub.
Midgley, etanolun benzinə qarışdırılması kimi daha təhlükəsiz alternativlər olduğunu bilsə də qurğuşun birləşməsindən istifadə etməyi seçib. Bunun əsas səbəbi TEL üçün patent alaraq daha çox pul qazanmaq istəyi idi. 1924-cü ildə Nyu Cersidə baş verən hadisədə TEL ilə birbaşa təmasda olan 5 işçinin ölümü cəmiyyətdə narahatlıq yaratdı. Lakin o dövrdəki sağlamlıq hesabatları sadəcə işçi mühafizəsinin vacibliyini vurğulamaqla kifayətləndi və məhsulun satışına mane olmadı. Etil benzinin istehsalı yalnız 1996-cı ildə qadağan edildi, lakin onun mənfi təsirləri hələ də hiss olunmaqdadır.
1920-ci illərin sonlarında kondisionerlərdə və soyuducularda istifadə edilən soyuducu birləşmələr zəhərli, partlayıcı və alışqan idi. Bu problemin həllini axtaran komandanın üzvü olan Midgley "Freon" adlı maddə hazırladı. “Freon” sürətlə məşhurlaşsa da ozon təbəqəsini zədələyir və güclü istixana effekti yaradıdı.
1987-ci ildə imzalanmış Monreal Protokolu bu cür zərərli qazların istifadəsini və istehsalını məhdudlaşdırsa da, vurulan zərərin izləri hələ də bütün dünyada müşahidə olunur.
Thomas Midgley Junior 1940-cı ildə 51 yaşında poliomielit səbəbilə yataq xəstəsi oldu. O, 1944-cü ildə özünün hazırladığı çarx sistemi ilə yataqdan qalxmağa çalışarkən boğularaq dünyasını dəyişdi. Onun istehsal etdiyi iki böyük ixtira müasir dünyanın qısamüddətli inkişafına töhfə versə də həm də iqlim böhranından tutmuş insan sağlamlığına qədər bir çox problemlərin əsasını qoyub.
Eltac Zülfüqaroğlu
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










