“Mercedes” 2030-cu ildən tam “elektrik xəttinə keçid” planını təxirə saldı - FOTO

“Mercedes-Benz” şirkəti elektrik avtomobillərinin inkişafı ilə bağlı proqnozuna düzəliş edib. Bu haqda ötən həftə açıqlanan şirkətin illik hesabatında məlumat verilir.
“Reuters” agentliyinin məlumatına görə, şirkətin hazırkı strategiyası 2030-cu ilə qədər elektrik avtomobillərinin satışda 50 faiz paya nail olmağı nəzərdə tutur, halbuki “Mercedes-Benz” əvvəllər cari onilliyin sonuna qədər tamamilə elektriklə hərəkət edən avtomobillərə keçəcəyini gözləyirdi.
Planların korreksiya edilməsi birbaşa elektrikləşdirilmiş avtomobillərin satış səviyyəsi ilə bağlıdır – akkumulyatorla işləyən avtomobillərin populyarlığının artım tempi istehsalçıların gözləntilərinə cavab vermir.
Agentlik şirkətin rəhbəri Ola Kalleniusun bəyanatına istinadən bildirir ki, “Mercedes-Benz” yeni daxiliyanma mühərriklərinin istehsalından imtina etməyi planlaşdırmır. İlkin məlumatlara görə, şirkət 2030-cu ildən sonra da belə avtomobillərin istehsalını davam etdirmək üçün ənənəvi mühərrikli avtomobil xəttini 2027-ci ilə qədər yeniləməyi gözləyir.
Bundan əvvəl qlobal avtomobil bazarı analitikləri hibridlərin və elektromobillərin cari ilin yanvar satışlarının dekabr ayı ilə müqayisədə 25 faizdən çox azaldığını bildirmişdilər. Elektrik enerjisinə dərhal keçiddən imtina edən ən son brendlərdən biri isə “Genesis” olub: koreyalılar uzun enerji keçidi dövründə istifadə etmək üçün yeni nəsil hibrid qurğular hazırlamaq istəyirlər.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












